Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Davudoğlu Azərbaycandan danışdı


"Azərbaycandakı stabillik Cənubi Qafqazla Balkan ölkələrini birləşdirdi"


Azərbaycandakı və Türkiyədəki davamlı siyasi stabillik sayəsində Cənubi Qafqaz və Balkan ölkələri enerji layihələri ilə birləşib.

Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib. Trend xəbər verir ki, məlumatı çərşənbə günü Türkiyənin Anadolu agentliyi yayıb.

Baş nazir qeyd edib ki, bir sıra qonşu ölkələrdə siyasi və iqtisadi böhranlar yaşanmasına baxmayaraq, Azərbaycan və Türkiyə ciddi enerji layihələri həyata keçirir.

Onun sözlərinə görə, belə layihələrdən biri də TANAP-dır. Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə ərazisi ilə Avropa sərhədlərinədək nəqlini nəzərdə tutur. Boru kəmərinin ilkin buraxılış gücünün ildə 16 milyard kubmetr olacağı gözlənilir. "Şahdəniz"dən 10 milyard kubmetr həcmində qaz Avropa bazarına, 6 milyard kubmetr isə hər il Türkiyəyə tədarük olunacaq.

TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 10-11 milyard dollar qiymətləndirilir. Türkiyə Nazirlər Kabinetinin oktyabrın 21-də qəbul etdiyi qərara əsasən, Türkiyədə TANAP layihəsi çərçivəsində tikinti və təchizat işlərində iştirak edəcək bütün şirkətlər ƏDV-dən azad olunacaq.

Qərar dünən qəbul edilməsinə baxmayaraq, 2014-cü il yanvar 1-dən qüvvəyə minir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar