Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Davudoğlunun baş nazir olması Azərbaycana xeyirdi…


“Əhməd Davudoğlunun baş nazirliyə Ərdoğan tərəfindən irəli sürülməsi suallar doğurur. Əslində o, Ərdoğanın istədiyi xarici siyasəti yürüdürdü. Ancaq Ərdoğan Abdulla Gülü yox, Əhməd Davudoğlunu baş nazir kimi irəli sürdü. Çünki Ərdoğanın Fətullah Gülənlə davasında Əhməd Davudoğlu ona yaxın oldu. Abdulla Gül isə bu qarşıdurmada neytral mövqe saxladı”


Bu fikirləri “Yeni Müsavat”a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu Türkiyədə baş nazirlik məsələsi ilə bağlı vəziyyəti şərh edərkən açıqladı. 

Onun sözlərinə görə, Davudoğlunun baş nazir olması Azərbaycan üçün xeyir gətirə bilər.

E.Şahinoğlunun fikrincə, hazırkı xarici işlər naziri Ermənistan - Türkiyə sərhədlərinin açılması ilə bağlı İsveçrədə Sürix protokollarına imza atmış olsa da, bu proses ondan əvvəl başlanmışdı: “Ona qədər Ermənistanla təmaslar olmuşdu. Həmin dövrdə Türkiyənin xarici işlər naziri Əli Babacan danışıqlarda iştirak edirdi. Və Davudoğlu Sürix protokollarını imzalayanda Azərbaycan tərəfindən kəskin etirazlar oldu. Azərbaycanın təzyiqləri qarşısında Ərdoğan geriyə addım atdı. Azərbaycanla razılaşdılar. Ondan sonra Ərdoğan Bakıya gəldi, ardınca dəfələrlə Davudoğlu Azərbaycana səfər etdi. Bu da Davudoğlunun ölkəmizlə əlaqələrini yaxşılaşdırdı.   

 Hər şey öz məcrasına qayıtdı, Elmar Məmmədyarovla təmaslar quruldu. O baxımdan Davudoğlunun baş nazir olması Azərbaycana xeyir gətirə bilər. Çünki ölkəmizi yaxşı tanıyır, əlaqələr var, Azərbaycanın maraqlarına zidd addım atacağını düşünmürəm". 

 Xatırladaq ki, Türkiyədə yeni baş nazirin adına artıq aydınlıq gəlib. Yeni seçilmiş prezident Rəcəb Tayyib Ərdoğan xarici işlər naziri Əhməd Davudoğlunun baş nazir olacağını bildirib. Bundan əvvəl avqustun 21-də yeni baş nazirin təyin edilməsi haqqında qərar qəbul olunacağı deyilirdi. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri vəzifəsinə də xarici işlər naziri Ə.Davudoğlunun namizədliyi irəli sürülüb.   

Bu qərar partiyanın Mərkəzi İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Ə.Davudoğlunun namizədliyi AKP-nin avqustun 27-də keçiriləcək təcili qurultayında təsdiq olunmalıdır.    


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar