Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Davudoğlunun “sağ əli” Gürcan Balık həbs olundu

Əhməd Davudoğlunun xarici işlər naziri olduğu zaman onun “sağ əli” hesab olunan səfir Gürcan Balık saxlanılıb


Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
 
Məlumata görə, Davudoğlunun xarici işlər naziri olduğu dövrdə onun ən yaxın adamı və xüsusi müşaviri olmuş G.Balık bu gün Ankara prokurorluğu tərəfindən həbs olunub.
 
 O, fətullahçılara qarşı aparılan istintaq çərçivəsində saxlanılıb.
 
Xatırladaq ki, Gürcan Balık 1995-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində işə başlayıb. 2008-2011-ci illərdə katib, 2011-2013-cü illərdə xüsusi müşavir, 2013-cü ilin yanvar-avqust aylarında BMT-nin YUNESKO-dakı daimi nümayəndəsi olub.
 
2013-cü ilin avqustunda Prezident Administrasiyasına xarici siyasət üzrə baş məsləhətçi postuna gətirilib. 2014-cü il avqustun 15-də Xarici Siyasət Məşvərət Şurasına üzv olan G. Balık 2016-cı ilin yanvarında bu vəzifədən azad edilib.
 
G. Balık Prezident Administrasiyasına xarici siyasət üzrə baş məsləhətçi kimi çalışdığı dövrdə, 2013-cü ilin sentyabrında BMT-nin toplantısında iştirak etmək üçün ABŞ-da gedən Ə.Davudoğlunun Fətullah Güləni də ziyarət etməsini o zaman prezident olan Abdullah Güldən gizlətməsi ilə diqqət mərkəzində olub.(modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar