Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daxıldan çıxan “azadlıq”


Səbinə Əvəzqızı yazır


Daxılına 100 manat yığılan kimi, özünü "kişi" bildi. Əllərinə düşən ilk fürsətdə elə bu yüzcə manatdan aldığı güc ilə, zəncirləri qırdı. Öz aləmlərində, “azadlıq əldə edib” dərsdən qaçaraq, ölkəni bir-birinə vurdular. 11 yaşlarında ola-ola bunu bacara bildilər. Polis əmilər, onlara dərs deyən müəllimlər, bir məktəbdə oxuduqları uşaqlar, valideynlər və daha kimlər, anadolular demiş, "hop oturub hop durdu"lar. Hələ mən media əhlini demirəm. Yəni onların "daxıldan çıxan azadlığı" bizə baha başa gəldi.
 
 
Elə təkcə bizim lent.az-ın redaksiyasında hamının gözü hadisəni araşdıran müxbirin üzündəydi. Hamı həyəcanla şad xəbər gözləyirdi. Sosial şəbəkələrdə hamı bu uşaqları izləyirdi, lap öz körpələri kimi. İnsanlıq hələ ölməyibmış. Ümidlərim xeyli artdı - hələ heç nə itirilməyib.
 
 
Bəlkə də bu narahatlığın əsas səbəbindən biri bu günlərdə Beyləqanda meşədə başı kəsilən 6 yaşlı Ümidi, İmişlidə kanalda itirdiyimiz Mələyi və daha neçə uşaqları faciədən qoruya bilməməyimiz idi. Nə yaxşı ki, bu dəfə "Mələyimiz"i qaçıran ölüm "Umid"imizi kəsib keçsə də 11 yaşlı bu dəcəllərimizi bizdən ala bilmədi. Bax dünən uşaqlar tapılanda hamının gözünü yaşardan, əslində ölüm üzərindəki qələbəmiz idi. Əcəl bizdən iki körpəmizi də ala bilmədi.
 
 
Fəqət, bu sevinci doyunca yaşamağa böyük millətimizin başqa bir yurdundan – Ankaradan aldığımız xəbərlər imkan vermədi. Bu günlərdə sərhədlərini pozmuş Rusiya təyyarəsini vuran Türkiyə, xain terrorda 22 pilotunu itirdi. Qana çalxanan bölgədəki fəal siyasi rolunu, əhəmiyyətini itirməməyə çalışan Türkiyənin bu acısı qardaş Azərbaycanda da özcə kədərimizə çevrildi, öz itkimiz kimi yaşandı. Dünya türklərinin gözünü dikdiyi Türkiyəmiz savaşla üz-üzədir. Sağımız-solumuz od alıb yanır.
 
Azərbaycan bu qarışıq səhnədə öz yerini, önəmini, ən azı sabahını qorumağa çalışır. İtirdiyimiz torpaqları qaytarmaq zərurəti, keçmişin yaralarını sabaha daşımamaq istəyi, sabahkı günümüzün bugünkündən daha uğurla açılması arzusu sadə insani ehtiyac olduğu qədər də milli-ictimai və hətta qlobal-dünyəvi bir zərurətdir. 
 
 
Bax, itkin məktəbliləri tapmağımızın sevinci də elə sabahımızı qorumaq ehtiyacından doğurdu.
 
Bu qədər gərgin, qarışıq bir dövrdə mühüm məsələlərdən biri də insanların stressə təslim olmaması, qarşılıqlı münasibətlərdə xoşgörü və yardımlaşmanı, bir-birinə dəstək olmaq hissini gücləndirməkdir. Hər çətinlik bir imtahan olmaqla, özü ilə bu çətinliyin həlli yolunu, açarını da gətirir. Başqa sözlə, yeni təcrübə, yeni biliklər, yeni vərdişlər qazandırır. Öyrənirik. Çətinlikləri aşmağı, həm də bərabər aşmağı, daha az itkiylə aşmağı öyrənirik.
 
Bu da bir dərsdi. Yetər ki, dərsi buraxıb, “daxıldan oğurladığımız” azadlığı məqsədsiz yerə, böyük ailəmiz olan Vətənə narahatlıq yaşatmaqla xərcləməyək...
 
Valideynlərinizi – keçmişinizi dəyərləndirin, övladlarınızı – sabahınızı qoruyun...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar