Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

De Vaal Rusiya-Türkiyə yaxınlaşması haqda


"Rusiya və Türkiyənın altı aylıq soyuq münasibətlərdən sonra yaxınlaşmaq üçün əsaslı səbəbləri var"


"Report" xəbər verir ki, bu barədə Cənubi Qafqaz regionu üzrə ekspert Tomas de Vaal "Carnegie Europe" nəşrində dərc olunan məqaləsində yazıb.

Onun fikrincə, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan əlaqələri bərpa etməklə Qərbə öz narazılıqlarını çatdırmaq istəyirlər.

Ekspertin sözlərinə görə, Türkiyənin Rusiyanın "SU-24" təyyarəsini vurmasından sonra bir çox oyunçular, o cümlədən Azərbaycan və Mərkəzi Asiyanın türk dövlətləri heç kimin tərəfini tutmamağa çalışırdı. O hesab edir ki, Moskva və Ankara arasında münasibətlərin soyuması Türkiyə iqtisadiyyatına sərt zərbə vurub: "Çünki Rusiya Türkiyə istehsalı olan malların idxalını dayandırdı. Eyni zamanda, Türkiyəyə gedən rusiyalı turistlərin sayı qat-qat azaldı. Digər tərəfdən Rusiyaya da zərbə dəydi. Axı onlar Qara dənizin dibindən keçəcək "Türk axını" layihəsi ilə Avropaya qaz ixracında Ukraynadan asılılığı azaltmaq istəyirdi".

Tomas de Vaalın fikrincə, ruslar və türklər Avropanın onlara qarşı ədalətli olmadığını hesab edirlər.

Suriya məsələsində fəaliyyətin koordinasiyasından danışan analitik qeyd edib ki, tərəflər ölkənin şimalında İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmaq məqsədilə taktiki razılaşma həyata keçirib, amma Hələb uğrunda gedən döyüşlərdə əks düşərgələri dəstəkləyirlər.

"Buna görə də Ərdoğan və Putinin barışması strateji ittifaqdan çox, məhdud məqsədli və iqtisadi əsaslı biznes anlaşmasına bənzəyir", - deyə müəllif məqalədə yazıb.

Ekspertlərin fikrincə, hər iki ölkənin liderləri NATO kimi ittifaqların və Aİ kimi çoxmillətli təşkilatların zəiflədiyini və qüvvəsini itirdiyini görür. "Hər iki lider bu cür ittifaqların müvəqqəti olduğu dünyada özünü daha rahat hiss edir", - məqalədə deyilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar