Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dəbdəbəli ehsan süfrəsi yarışı davam edir


Azərbaycanda yas mərasimlərində israfçılıq hallarının qarşısının alınması haqda tövsiyələr ətrafında ajiotaj sanki azalmağa başlayır və bu yeniliyin tətbiqi prosesi nisbətən aydın şəkil alıb. Lakin cəmiyyəti bu məsələdə maarifləndirmək zərurəti nəinki qüvvədən düşməyib, hətta daha aktual forma alıb


Yaxın adamın ölümü... Dözülməz, amma təəsüf ki, hər birimizi gözləyən və dözməyə məhkum olduğumuz bir acıdır. Və hər bir hadisə kimi, o, regional, mədəni və dini təməllərə əsaslanan, yüz illərlə təşəkkül tapan çoxsaylı ritual və ənənələrlə ifadə edilir. Ona görə də ailənin yaxın üzvünün son mənzilə yola salınması - mərhuma təkcə hörmət əlaməti deyil, eyni zamanda hansısa sosial aktdır. Amma zamanla bu ritualın mahiyyəti və ilkin səbəbləri sanki unudulur, bizim yaddaşımızdan silinir. Bu fonda bizim üçün çay, plov, halva ilə və nə gizlədək, bir-birini çoxdandır görməyən qohumlar və tanışların söhbətləri ilə ənənəvi olan yas mərasimləri təmtəraqlı, dəsgahlı yığıncağa çevrilir.

Tövsiyə təklif deməkdir

Bu hallara son qoymaq məqsədilə, hökumət süfrələrdə təkcə adət edilən yeməklər deyil, habelə daha çox ən yaxşı bayram süfrələrinə xas geniş çeşidlər və hətta delikateslərin verildiyi təmtəraqlı tədbirlərdən çəkinmək üçün tövsiyələrlə çıxış edib. Çayla qənd, halva və xurmayla qane olmaq təklif edilib. Amma bir çox yeniliklər kimi, bu tövsiyə də ictimaiyyət tərəfindən kəskin reaksiya doğurdu. Belə ki, bəzi icra orqanları bu təklifi arzuolunan yox, inzibati müdaxilə tələb edən dəyişməz norma kimi qəbul etdilər.

KİV-in məlumatına görə, Azərbaycanın bəzi regionları və hətta Bakı kəndlərində yerli icra hakimiyyətinin nümayəndələri polis əməkdaşları ilə birgə həvəslə yas yerinə baş çəkərək ehsan süfrəsi üçün isti yeməklərin hazırlanmasını qadağan etməyə başlayıblar. Bir sıra hallarda isə hüzn içində olan ailənin hazır yeməyini, başqa sözlə, ehsanını hətta müsadirə ediblər.

Haqlı olaraq sual yaranır: icra hakimiyyəti orqanlarının nümayəndələri hansı haqla ölkənin bu və ya digər vətəndaşının sırf ailəvi məsələlərinə qarışır?

Bəli, hökumət insanlara yas mərasimindən dəbdəbəli qastronomiya məclislərinin düzəldilməsini məsləhət görmür. Lakin güman edilir ki, bu tövsiyə zorakı-inqilabi deyil, daha çox izahedici və maarifçi-təkamül xarakteri daşımalıdır. Sonuncu şübhəsiz ki, müəyyən dedi-qodular və sosial narazılıq doğurur. Bu gün əlimizdə nə var?

İctimai rəy

Tanınmış "Rəy" Monitorinq Mərkəzinin apardığı araşdırmanın nəticələrinə əsasən, Bakı sakinlərinin böyük əksəriyyəti yas mərasimlərinin daha sadə təşkilinə dair tövsiyələri dəstəkləyirlər. Sakinlər yeməklərin bolluğuna dözməyən süfrələri yersiz hesab edirlər. Lakin burada da nüanslar var. Respondentlərin bir hissəsi qeyd edib ki, bu tövsiyə qanun çərçivəsində və düşünülmüş şəkildə aparılmalı və məmurların özbaşınalığına rəvac verilməməlidir. İnsanların kiçik nisbəti hesab edir ki, dövlət mərhumun yası və dəfn olunması ilə bağlı sırf ailəvi məsələyə qarışmamalıdır. Əhalinin reaksiyasına görə mülahizə yeritsək, yas mərasimlərində həddindən artıq israfçılığın olması daha çox mənfi qəbul edilir.

Lakin söhbət həqiqətən israfçılıqdan gedir. Məsələn, banan, ananas və hətta balıqdan! Real vəziyyətə gəldikdə isə o, bu cürdür. Məlum olduğu kimi, şəhərdə bir sıra təşkilatlar, daha doğrusu, ritual xidmətlər təklif edən xüsusi mərasim zalları fəaliyyət göstərir. Belə təşkilatların bir hissəsi bələdiyyələrə tabedir.

"Rəy" Monitorinq Mərkəzinin əməkdaşları yas sahibləri adı altında bəzi mərasim zallarına baş çəkiblər. Mərasim zalları yemək sifariş vermək istəyən şərti "yas sahibləri"nə israfçılığa yol verməməyi məsləhət görüblər. Molla isə ənənəvi təmtəraqlı mərasimlərdə iştirak etməkdən imtian edib. Məscidlər olan mərasim evlərində isə tamam fərqli mənzərə müşahidə olunub. Burada tədbirlərin keçirilməsi üçün heç bir məhdudiyyət qoyulmur - müştərinin istəyindən asılıdır. Mollaların dəvəti də eyni cürdür.

Regionlardakı vəziyyət isə ayrıca diqqət tələb edir. Sirr deyil ki, ölkə əhalisinin böyük hissəsi Bakıda cəmləşib. Uyğun olaraq sərbəstlik variantları burada daha çoxdur. Dəfn mərasimləri ilə bağlı seçimlər də. Meqapolis şəraitində zəifləyən ənənəvi təməllər rayonlarda hələ də möhkəmdir. Dəfn və yas mərasimləri də orada keçmişdə olduğu kimi keçirilir: dünyasını dəyişən şəxs bütün kəndin iştirakı ilə dəfn edilir. Təbii ki, orada dəfn mərasimi - şöhrətpərəstlik yox, həqiqətən də, məhrumun xatirəsinə ehtiram əlamətidir. Və regionlarda insanların maddi vəziyyətinin şəhərlilər kimi firavan olmadığını nəzərə alaraq, icra hakimiyyəti məmurlarının canfəşanlığını rasional nöqteyi-nəzərdən izah etmək olmaz.

"Bu yaxınlarda atamın yas mərasimi oldu. Adəti üzrə, onu rayonda, doğulduğu yerdə dəfn etdik, - deyə Bakı sakini danışır. - Biz ənənəvi plovla son dərəcə təvazökar (sadə) süfrə açdıq. Həyətdə çadır qurduq. Çünki şəhərdən və digər rayonlardan gələn qohumlar çox idilər. Lakin icra hakimiyyətinin nümayəndəsi gəldi, icazəsiz plovu götürdü və qanunu pozduğumuza görə hətta mollanı 1000 manat cərimə edəcəyi ilə də hədələdi. Axı, belə qanun yoxdur, ancaq tövsiyə var! Biz etiraz etməyə çalışdıq, uzaqdan gələn qohumlarımız olduğunu dedik: "Onları ac saxlaya bilmərik, axı. Lakin bizi heç dinləmədilər də" - deyə zərərçəkən şikayətlənir.

Bəli, onu zərərçəkəndən başqa cür adlandırmaq olmaz. Çünki vətəndaşların həyatına təklifsiz müdaxilə etmək heç cür ədalətli deyil.

Heç bir kobud müdaxilə yoxdur

Maraqlısı odur ki, bu məsələ ilə bağlı hökumətin rəsmi mövqeyi yerlərdə məmurların davranışlarından kəskin fərqlənir. Belə ki, bu yaxınlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ölkədə ehsan süfrələrinin təşkilinə qadağa yoxdur. Onun sözlərinə görə, əsasən, söhbət, sadəcə, yas mərasimlərində ifrat israfçılığın qarşısının alınmasından gedir.


"Bu istiqamətdə də tövsiyələr vermişik. Bizim tövsiyələrimizlə Qafqaz Müsəlmanları İdarəsinin yaydığı bəyanat arasında heç bir ziddiyyət yoxdur. Burada hər regionun xüsusiyyəti nəzərə alınır və bu tövsiyələr verilərkən kəndin ağsaqqallarının, ziyalılarının, din xadimlərinin, məsciddəki axundların, imamların rəyləri də dinlənilir" - deyə M.Qurbanlı qeyd edib.

Dövlət komitəsi rəhbərinin sözlərinə görə, bununla bağlı da müəyyən irəliləyişlər var, ifrat israfçılığın aradan qaldırılması üçün müxtəlif yerlərdə aparılan işlər nəticə verir. O, qeyd edib ki, bu məsələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) arasında həmrəylik var.

"Nəinki yas mərasimləri, eyni zamanda cəmiyyət toylarda da ifrat israfçılığın əleyhinə çıxış edir. Kimsə bunu zorla etmir, bu, tövsiyə formasında edilir" - deyə M. Qurbanlı təsdiq edib.

Komitə sədri eyni zamanda etiraf edib ki, bəzi vətəndaşlar ehsan süfrələri ilə bağlı qadağa ilə üzləşiblər.

"Biz ehsan süfrələrinin əleyhinə çıxmırıq, onların keçirilməsi zamanı ifrat israfçılığa qarşıyıq" - M. Qurbanlı qeyd edib.

O bildirib ki, bəzi məmurların bu həssas məsələyə kobud müdaxiləsi yolverilməzdir.

Bir sıra xəbər saytlarının məlumatına görə, daxili işlər naziri Ramil Usubov da yas mərasimləri ilə bağlı məsələyə şəxsən müdaxilə etməli olub. O, məsələ ilə bağlı polisin müdaxiləsinin yolverilməz olduğunu bəyan edib.

"Şərq - incə məsələdir"

Əgər belə bir şey bizdə deyil, - nəzərə alsaq ki, Azərbaycan məlum olduğu kimi şərq ölkəsidir, - başqa bir ölkədə baş versəydi, bəlkə də problem bunca olmazdı. Çünki "Şərq - incə məsələdir"- deyimi məhz yas mərasimlərinin təşkilinə də aiddir. Məişət, millətin xarakteri, onun emosional vəziyyəti, millətin etnopsixoloji əlaməti kimi müxtəlif mürəkkəb xüsusiyyətlərdən ibarət milli ənənələri pozmaq olmaz.

Və burada dini məsələdən fərqli olaraq daha çox millətin zamanla tərbiyəsi prosesində formalaşan mentallıq məsələsi böyük rol oynayır. Çünki avropalıya normal olan bir şey, azərbaycanlı üçün absurd hesab oluna bilər.

Bu və ya digər millətin nümayəndəsi fərqli mədəni mühitdə böyüyür. Məhz bu milli təcrübəni nəzərə alaraq ağsaqqallar (böyüklər) deyirlər: "Əsrlər boyu yaxın adamın ölümündən sonra ilk günlərdə insanlar bir müddət fikirlərini acıdan yayındırmaq və kədərə tam olaraq qərq olmamaq üçün üçüncü və ya yeddinci gündə yas xörəklərinin bişirilməsi ilə məşğul olmağa məcbur idilər. Təsəvvür edin, insanlar yas tədbirləri ilə məşğul olmasaydılar, nə baş verərdi? Ola bilsin ki, onların çoxu dərddən dəli olardılar".

Və düşünmək olar ki, burada kədərə və məyusluğa uzun müddətə qərq olmağın yaxşı olmadığı ilə bağlı dini ismarışa zidd etnik həqiqət var.

Bir sözlə, əhalinin böyük hissəsi yenilikdən razıdır və dəbdəbənin qarşısının alınması üçün onların faydalı olduğunu düşünürlər. Lakin yeni ideyaların tətbiqi siyasətinin düşünülməsi, ən əsası isə onların icrasına nəzarət pis olmazdı. Axı, insanların süfrəsindən plovu götürərək, onların düşüncə tərzini dəyişməyə nail olmaq absurddur.

Lakin uzun müddət davam edən maarifləndirici iş, əhalinin heç olmasa, ölülərini son mənzilə layiqincə yola salmaq və bununla da yasa gələnlərin dedi-qodu obyektinə çevrilmək istəmədiyindən ən son qəpiyini belə xərcləməyə hazır olan təbəqəsinin ehsan xərclərinin azalmasına yardım edərdi.

Dəfn olunmaq neçəyədir?!

Bununla bərabər sorğuda iştirak edən vətəndaşların fikrincə, hökumət oqranları "açıq bazar" münasibətlərinin çiçəkləndiyi qəbiristanlıqlarda dəfn üçün yerlərin ayrılması məsələsində radikal mövqe nümayiş etdirməlidir. Əslində dövlət torpaqları olan bütün qəbiristanlıqlarda möhtəkirlər tərəfindən xeyli mənfəət gətirən qanunsuz böyük biznes qurulub: şəhərin mərkəzinə yaxınlığından asılı olaraq qəbir üçün torpaq pulu 800 manatdan 16 min manatadək dəyişir.

Hesab olunur ki, rəhmətə getmiş şəxsin qəbiristanlıqda dəfn olunması ilə bağlı qiymət məsələsini aradan qaldırmaqla məhz bu məsələdə sərt prinsipial mövqe nümayiş etdirmək lazımdır. Qafqaz Müsəlmanları İdarəsinin fitvasına görə, qəbir yerlərinin satılması dinə zərbədir.

İslama görə...

İlahiyyatçılara görə, ortodoksal müsəlman ilahiyyatçılarının konsepsiyasına əsasən, üç gündən artıq yas saxlamaq olmaz. Düzdür, Qurani-Kərimdə bu reqlament olmayıb, amma bir çox etibarlı hədislər mövcuddur. Bir çoxlarının ehtiram göstərdikləri müqəddəs qırx günə gəldikdə isə ilahiyyatçılar bunu İslamdan əvvəlki adətlərə aid olduğunu deyirlər.

Ümumilikdə, hədislərə görə, hisslərin həddindən artıq coşqun ifadəsi yasaqdır. Çünki hesab olunur ki, ölüm - Allahın iradəsidir, həyat isə - sadəcə müvəqqəti və başqa dünyadan əsl həyata hazırlıqdır. Və dərin nisgil - Allahın iradəsinə qarşı çıxmaqdır. Yas mərasimlərinin təmtəraqlı olması da alqışlanmır. Yeri gəlmişkən, şəriətə görə, süfrəni mərhumun yaxınları deyil, əksinə, ətrafındakılar açmağa kömək etməlidirlər ("Region Plyus").

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar