Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dəbdəbəli toydan sonra boşananlar...


Hazırda insanların müzakirə etdiyi məsələlərdən biri də əndazəni aşan toy məclislərinin səhmana salınması ilə bağlıdır


Dəbdəbəli toyların qarşısının alınması ilə bağlı danışdığımız bir vaxtda Dövlət Statistika Komitəsi maraqlı bir göstərici açıqlayıb. Komitədən mətbuata verilən məlumata görə, 2014-cü ilin yanvar-iyul ayları ərzində rəsmi orqanlar tərəfindən ölkədə 44 min 500 nikah qeydə alınıb. 6 ayda isə rəsmi boşananların sayı 6 min 900 nəfərdir. Ümumiyyətlə, 6 ayda əhalinin hər min nəfərinə 8,1 nikah, 1,3 boşanma düşüb. 
Yəni o dəbdəbəli toylar edənlərdən 7 mini artıq boşanıb son altı ayda... 

6 ayda təxminən 7 min cütlüyün boşanması əslində dəhşətli bir rəqəmdir. Bu o deməkdir ki, Azərbaycanda ailə institutunun dayaqları sarsılıb. Əslində, bu sahədə vəziyyətin dramatik olduğunu uzun zamandır mediada oxuduğumuz kriminal xəbərlərdən də sezirdik. Ölkə boyunca qətllərin, bıçaqlanma, güllələmə, döyülmə, intihar hadisələrinin xeyli hissəsi ailə münaqişələri zəminində baş verir. 
Əslində, 7 min rəqəmi heç də real durumu əks etdirmir. Bu, rəsmi boşananların sayıdır. Nigahı rəsmən pozulmayan, amma faktiki ayrılan, habelə ümumiyyətlə rəsmi nigah bağlamamış və dağılmış ailələrin də sayını bura əlavə etsək, daha böyük bir rəqəm əmələ gəlir...
Boşanmaların səbəbləri haqda ekspertlər daha çox iki versiyanın üzərində dayanır; sosial problemlər və xəyanət...
Məhkəmə sistemində çalışan bir tanışdan aldığım məlumata görə, çox az-az hallarda varlılar boşanmaqla bağlı məhkəməyə müraciət edirlər. Boşananlar əsasən kasıblardır. Yəni bu o deməkdir ki, ailələrin dağılmasının başlıca səbəbi sosial ədalətsizlikdir, kasıbçılıq və ondan doğan aqressiyadır...

Zəlzələdən, ya vəlvələdən, 6  ayda dağılan bu 7 min ailənin ortada qalan təxminən 14 min çocuğu var. Bəli, mənəvi travma almış bu uşaqların heç də hamısının gələcəkdə anormal həyat yaşayacaqlarını iddia etmək olmaz. Amma danılmaz faktdır ki, bu uşaqların əksəriyyətinin tərbiyəsində problemlər olacaq və bizim onsuz da problemli cəmiyyətimiz üçün növbəti yaralar açılacaq. 
Araşdırma aparsaq, heç şübhəsiz ki, ailə dağıdanların əksəriyyətinin savadsız, dünyagörüşü zəif insanlar olduğu da üzə çıxacaq. Yəni bu o deməkdir ki, problem həm də insanların fərd olaraq yetişə bilməməsidir.   

Bir sosioloqla bu məsələ ətrafında söhbət edərkən həmsöhbətim maraqlı bir nüansı da qeyd etdi. Onun müşahidələrinə görə, boşanmalara stimul verən amillərdən biri də əyalət insanlarının şəhərlərə köç etməsidir. Yəni kənd insanının bir başqa psixologiyası, ənənələri, qəbullanması var, kökəncə şəhərli olanların bir başqa. Məsələn, kənd mühitində tərbiyə almış insanlar şəhərdəki mühitdə daha qısqanc olur, onun üçün bu dəngələr adi deyil və çox şey ilə münaqişəsinə səbəb olur. Hansı ki, həmin ailələr öz köyünə dönüb də oradakı şərtlər daxilində çox xoşbəxt həyat yaşaya bilirlər. Onları şəhərə dartıb gətirən səbəb isə işsizlikdir...   

Uzun illərdir cəmiyyətşünaslar, millətin taleyini düşünənlər deyirlər ki, təhsil sisteminin bərbad vəziyyətdə olması, kütləvi savadsızlıq və bunun fonunda sosial problemlərin xirtdəyə çıxması, insanların kütləvi şəkildə kəndləri tərk etməsi cəmiyyəti məhvə sürükləyir. Budur, osmanlı türkləri demiş, “zurnanın züyt dediyi yerə” -  o məhv deyilən yerə gəlib çatmışıq! Faktiki olaraq bizdə ailələrin deyil, cəmiyyətin boşanması problemi yaşanır. Baxın, məgər insanlar yalnız ailədə dava edir? Xeyr, küçədə, toyda, tıxacda, istirahət mərkəzində, hətta dincəlmək üçün balıq tutmağa gedən insanlar (ötən həftə balıq tutmağa gedərkən belə bir davanın şahidi olmuşam-Müəl.) belə dava edir. Bizdə problem təkcə ailədə deyil, düşüncələrdədir. Bir toplum olaraq çox aşınmışıq və bunun “dadı” ailə münasibətlərində daha çox dadırıq.
Bu milləti özünə qaytarmaq lazımdır! Bu millət belə deyildi! (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Ən çox oxunanalar