Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dekabrda hava necə olacaq?


Havanın orta aylıq temperaturu iqlim normasına yaxın olsa da, bəzi dövrlərdə normadan aşağı enəcəyi, havanın soyuq keçəcəyi gözlənilir


Azərbaycan ərazisində dekabr ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən PİA.AZ-a verilən məlumata görə, dekabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olsa da, bəzi dövrlərdə normadan aşağı enəcəyi, havanın soyuq keçəcəyi gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimalı var.
 
Bakıda və Abşeron yarımadasında dekabrda orta aylıq temperatur 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər aşağıdır. Havanın temperaturu gecələr 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 25-34 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında dekabrda orta aylıq temperaturun 5-8 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Gecələr 9-14, bəzi günlərdə 18-23, ayın sonunda 25-28 dərəcə şaxta, gündüzlər 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, ayın birinci ongünlüyünün bəzi günlərində 4-6 dərəcə isti, ayın ortalarında və sonunda 6-11 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 20-35 mm) olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xoçalı həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperatur 0-5 dərəcə şaxta proqnozlaşdırılır, bu isə iqlim normasından aşağıdır. Gecələr 3-8, bəzi günlərdə 15 dərəcəyədək, ayın sonunda 18-23 dərəcə şaxta gözlənilir. Gündüzlər temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayrı-ayrı günlərdə 5-10 dərəcə şaxta təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 27-30 mm) olacağı gözlənilir.
 
Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperatur 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Gecələr 3-8 dərəcə şaxta, ayın birinci ongünlüyündə 0-5 dərəcə isti, gündüzlər 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta təşkil edəcək.
 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 13-32 mm) olacağı gözlənilir.
 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında dekabrda orta aylıq temperatur 0-5 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasından aşağıdır. Gecələr 3-8, ayın sonunda 10-15, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta proqnozlaşdırılır. Gündüzlər isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, dağlarda 13 dərəcəyədək şaxta olacaq. Ayın birinci ongünlüyünün bəzi günlərində 4-6 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 24-48 mm) olacağı gözlənilir.
 
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperatur 0-5 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcəyədək şaxta, gündüzlər 3-8 dərəcə isti, ayın birinci ongünlüyündə 10-12 dərəcə şaxta, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 19-32 mm) olacağı gözlənilir.
 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperatur 0-5 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr 0-4 dərəcə şaxta, ayın sonunda 1-6 dərəcə şaxta, dağlarda 3-8 dərəcə şaxta, ayın sonunda 15-18 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 5-10 dərəcə isti, dağlarda 2-7 dərəcə şaxta proqnozlaşdırılır.
 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 45-106 mm) olacağı gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar