Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dələduzluqda suçlanan hakim barədə ilginc faktlar


“1 milyona icra başçısı” işində dövlət məmuruna aid ifadələr yoxa çıxıb; vəkil İradə Cavadova ilginc faktlar açıqladı


Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevin işi ilə bağlı yeni ilginc məlumatlar üzə çıxıb. Həsən Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələri ilə ittiham olunur. Lakin keçmiş hakim həbs olunmayıb. Onun barəsində başqa yerə getməmək haqqında iltizam-qətimkan tədbiri seçilib. 

Həsən Əliyevə verilən ittihama görə, o, Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu təyinat üçün Ramazan Səlimovdan 1 milyon dollar istənilib. Pulun böyük hissəsi əvvəlcədən verilib. Yəni Həsən Əliyev 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla, ondan iki dəfəyə ümumilikdə 600 min manat pul alıb. Bildirilib ki, qalan 200 min manat da sərəncam imzalanandan sonra verilməlidir. Lakin Həsən Əliyev vədini yerinə yetirməyib. Ramazan Səlimov aldadıldığını başa düşüb və hüquq-mühafizə orqanlarına üz tutub. Qeyd edək ki, bu cinayət işi üzrə başqa təqsirləndirilən şəxslər də var. Bunlar Elman Məmmədov və Taleh Süleymanovdur. Həsən Əliyevdən fərqli olaraq onlar barəsində həbs-qətimkan tədbiri seçilib.

“Azadlıq” yazır ki, bu iş mahiyyət etibarilə “Gülər Əhmədova qalmaqalı”na bənzəyir. Gülər Əhmədova qalmaqalında olduğu kimi bu cinayət işində də yüksək rütbəli məmurların adı keçir. Ramazan Səlimovun ifadələrindən aydın olur ki, Həsən Əliyev onu bir çox məmurlarla görüşdürüb. Bu sıraya komitə sədri Qərib Məmmədov, “Azərsu” və “Azəriqaz”ın rəhbərliyinə daxil olan şəxslər və başqa səlahiyyətli şəxslər də daxildir. Redaksiyamıza daxil olan məlumatlarda həmin məmurların adları da var. Lakin hələlik bəzi dəqiqləşdirmələr apardığımızdan açıqlamırıq. Bildirilir ki, hakimiyyət məhz bu səbəbdən cinayət işinin səs-küysüz qapanmasına çalışır. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalı idi. Lakin qəribə də olsa hakimlər Həsən Əliyevin keçmiş iş yoldaşları olduğunu əsas gətirib öz-özlərinə etiraz edərək bu işə çıxmaqdan imtina etdilər. Lakin Azərbaycan reallığına bələd olanlara məlumdur ki, məhkəmələr sifariş nəticəsində hətta ən yaxın adamlarına belə cəza kəsə bilərlər. Bundan sonra işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılacağı aydın oldu. Iddialara görə, bütün bunlar sadəcə kifayət qədər ciddi və rezonansa səbəb ola biləcək bu məsələni gözdən uzaq yerdə həll edilməsi üçün atılan addımdır. Yeri gəlmişkən, bu cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mübariz Məmmədovun icraatına verilib. Mübariz Məmmədovun isə Həsən Əliyevlə dost olduğu bildirilir. Başqa bir maraqlı məqam isə iş materiallarından bəzi ifadələrin yoxa çıxmasıdır. Bu faktı vəkil İradə Cavadova bildirib. Görünür, bu ifadələrdə iri məmurların adı hallanırmış. Bu baxımdan da ifadələri “yox”a çıxarmaq zərurəti yaranıb.

Azpolitika.info baş prokuror Zakir Qaralovun işdən qovduğu Nərimanov rayon prokuroru Fikrət Mahmudovun Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevdən şikayətini ört-basdır etmək üçün hədə yolu ilə külli miqdarda rüşvət alması haqda məlumat yayıb. Məlumata görə, F.Mahmudov Ramazan Səlimov Həsən Əliyevdən şikayət etdikdən sonra onu görüşə çağırıb. Həsən Əliyevin xaraktercə qorxaq insan olduğunu müəyyən edən prokuror mütəmadi olaraq ondan müəyyən məbləğlər tələb edib. Üst-üstə 200 min manatdan artıq pul verdikdən sonra, prokurorun yenə də ondan əl çəkmədiyini görən hakim Fikrət Mahmudovun səsini yazmaq qərarına gəlib. Növbəti görüşdə prokurorun səsini yazan Həsən Əliyev, işin üstü açıldıqdan, Ramazan Səlimovun şikayəti “yuxarılara” çatdıqdan sonra onu şantaj edən prokurordan Milli Təhlükəsizlik Nazirliyinə şikayət edib. Bundan sonra Baş Prokurorluq araşdırma aparıb və güclü himayəçisinin olmasına baxmayaraq, baş prokuror Fikrət Mahmudovu və onun müavinini vəzifəsindən azad edib.

Mənbənin daha bir sensasiyalı məlumatı ondan ibarətdir ki, MTN-ə şikayət etdikdən və gizli səs yazısı ilə bu şikayətini sübut etdikdən sonra Həsən Əliyevə qarşı yeni ittiham - rüşvətvermə ittihamı da irəli sürülüb. Rüşvət verən varsa, deməli, rüşvəti alan da olmalıdır. Lakin Nərimanovun keçmiş prokuroruna qarşı rəsmi ittihamın irəli sürülüb-sürülmədiyi məlum deyil.

Məsələ ilə bağlı Fikrət Mahmudovun mövqeyini dərc etməyə hazırıq.

Xatırladaq ki, bir neçə gün əvvəl Zakir Qaralov F.Mahmudov və onun müavini Cavid Quliyevin vəzifəsindən azad olunması haqda əmr imzalayıb.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Ən çox oxunanalar