Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dəniz Baykalın 72 saat sürən həyati təhlükəsi sovuşub

Dəniz Baykal dünənki vəziyyətinə görə bu gün daha yaxşıdır


Musavat.com xəbər verir ki, bu haqda D.Baykalın nəzarətdə olduğu xəstəxanadan açıqlama verilib.

Bu gün səhər xəstəxanada həkimlər tərəfindən refleksləri yoxlanılan və beyin rentgeni edilən D.Baykalın vəziyyətinin dünənə görə daha yaxşı olduğu bildirilib. Beyninə gedən damarlardan birində tıxanıqlıq olduğu aşkar edilən və 3 gün içərisində 4 dəfə əməliyyat olunan D.Baykal 72 saat sürən həyati təhlükəni keçib.

Müayinəsinə yuxuladılaraq davam edilən D.Baykal bu gün səhər saat 08:45-də rentgenə girib. Günorta saatlarında isə Ankara Universitetinin rektoru professor dr. Erkan İbiş toplantı keçirərək dgər həkimlərlə D.Baykalın durumunu dəyərləndirib.

Artıq xəstəxanaya D.Baykalı ziyarət etməyə də gəlirlər. Səhər saatlarında xəstəxanaya Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Əhməd Eşref Fakıbaba, Şişli bələdiyyə sədri Mustafa Sarıgül və AKP-nin sədr müavini Cevdet Yılmaz gələrək, D.Baykalın ailəsinə "keçmiş olsun" diləklərini çatdırıb. Daha sonra xəstəxanada həkimlərlə söhbət edərək D.baykalın durumu ilə bağlı məlumat alıblar.

Dəniz Baykalın hazırkı durumu ilə bağlı Türkiyənin səhiyyə naiziri də danışıb. D.Baykalın müalicəsinin davam etdiyini qeyd edən səhiyyə naziri hər şeyin yaxşı olacağını deyib: "Gözlədiyimiz nəticələr yaxşı oldu və inşallah daha da yaxşı olacaq. Hazırda beyninin yatızdırılması davam edir. Bu, onun beyninin istirahət etməsi üçün əlverişlidir. Hazırda həyati təhlükəsi yoxdur. Lakin başqa bir yeni və özəl bir irəliləmə də yoxdur. İnşallah hörmətli Dəniz Baykal bu krizdən çıxacaqdır"

Ankara Universitetinin rektoru Erkan İbiş bütün prosesə D.Baykalın oğlunun da qatıldığını qeyd edib: "Heç bir pis vəziyyət yoxdur, ümidləndirici əlamətləri var, D.Baykalın oğlu da bütün qərarvermə prosesində iştirak edir. Qanaxma çox ağır olmuşdu, amma son 24 saatda bu nəticələrdə heç bir mənfi irəliləyiş olmadığını paylaşmaq istəyirəm. Çox şükürlər olsun ki, hər şey qaydasındadır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar