Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat Fərhad Qəribovun oğlu saxlanıldı


Milli Məclisin deputatı, iş adamı Fərhad Qəribovun oğlu Elnur Qəribov ötən gün hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb


Bu barədə “Qafqazinfo”ya ailəyə yaxın şəxslər tərəfindən məlumat verilib. 

Deputat oğlunun hansı səbəbdən saxlanılması hələ ki, bəlli deyil. Qeyd edək ki, E. Qəribovun özü də iş adamı kimi fəaliyyət göstərir. Onun adına bir sıra banklarda kreditlər olub. 

E. Qəribovun banklardan böyük miqdarda kredit götürdüyü təsdiqlənsə də, dünən hansı səbəbdən saxlanılması, xüsusilə də  məlum "Beynəlxalq Bank işi"ndə dindirilib-dindirilməməsi ilə bağlı dəqiq məlumatımız yoxdur. 

Onu da qeyd edək ki, deputat oğlunun dindiriləndən sonra sərbəst buraxıldığı deyilir. 

Həmçinin bildirək ki, deputatın digər oğlu Zöhrab Qəribovun da axtarışa verilməsi barədə məlumat yayılıb.

Xatırladaq ki, mətbuatda zaman-zaman deputat Fərhad Qəribovun külli miqdarda borcu olması və götürdüyü kreditləri qaytarmaması barədə informasiyalar yazılıb. Onun “Şəki” restoranlar şəbəkəsinin, lisenziyası ləğv olunmuş Debut Bankın rəhbəri olduğu bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar