Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat Hüseyn Əliyev Rusiyada həbs edildi – Rüşvət qalmaqalı


Rusiyanın Arxangelsk şəhər dumasının deputatı Hüseyn Əliyev saxlanılıb


 Bildirilir ki, o, həm də şəhərdə yerləşən ən iri topdansatış bazarının sahibidir

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, “Rodina” (“Vətən”) partiyasının üzvü olan Hüseyn Əliyev deputat köməkçisi vəsiqəsinin verilməsinə görə 445 min rubl (təxminən 14 min manat – virtualaz.org) məbləğində rüşvət almaqda ittiham edilir.

Yerli “Exo Severa” (“Şimalın əks-sədası”) qəzeti yazır ki, söhbət sahibkar Ərəstun Məcidovdan gedir. O, vaxtilə yerli istintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb və vəkillik də edib.

Dünən keçirilmiş məhkəmə iclasında Hüseyn Əliyevin həyat yoldaşı 1 milyon rubl (təxminən 30 min manat – virtualaz.org) girov müqabilində onun sərbəst buraxılması barədə vəsatət qaldırıb. Lakin məhkəmə təqsirləndirilənin həm də Azərbaycan vətəndaşı olduğunu və buna görə, başqa ölkəyə qaça biləcəyini səbəb kimi göstərərək, həbs qətimkan tədbirini dəyişməyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar