Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat Malik Həsənov biznesini Dubaya köçürür - Hökumətə inamsızlıq


Ölkədəki siyasi qeyri-müəyyənlik Həsənov qardaşlarını bəzi qabaqlayıcı tədbirlər görməyə məcbur edib


Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, "AZINKO-holdinq”in prezidenti, deputat Malik Həsənov bütün biznesini Dubaya köçürməkdə davam edir. 

Deputat Dubayda özünə biznes şəbəkəsi yaratmaqla məşğuldur. Bu barədə "Xalqxeber.Az”a məlumatlı mənbələrdən xəbər daxil olub.

Mənbənin məlumatına görə, M.Həsənov artıq Bakıdakı kiçik obyektlərini satmağa başlayıb: "M.Həsənov qardaşı K.Həsənovun yardımı ilə Bakının yaxşı yerlərində xeyli sayda qeyri-yaşayış sahəsi özəlləşdirib. Bu obyektlərin çoxu icarədə olub. M.Həsənov Referendum ərəfəsində bu obyektlərin çoxunu satıb. İndi də onun etibarnamə verdiyi xüsusi adamlar bu obyektlərin satışını davam etdirir. Obyektlərin satışından əldə edilən pullar Dubaya göndərilir və biznesə yatırılır”. 

Mənbə deputatın əmlakının bir hissəsini Dubaya daşıması məsələsinə də aydınlıq gətirib: "Malik Həsənov yaxın ətrafına deyib ki, vəziyyət yaxşı deyil. Yəni arzuolunmaz situasiya yarana bilər. Ona görə də hər ehtimala qarşı tədbir görmək lazımdır, riskə getməyə dəyməz”.

Hökumətə yaxın mənbənin bildirdiyinə görə, indiki mərhələdə K.Həsənova qarşı xüsusi bir təhlükə olmasa da, siyasi qeyri-müəyyənlik, onun bəzi hakimiyyət daxili qruplaşmalarla münaqişə vəziyyətində olması yaxşı perspektiv vəd etmir. Hakimiyyət elitasında xüsusi söz sahibi olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov və vergilər naziri Fazil Məmmədovla qarşıdurma, müdafiə sənayesi naziri Yavər Camalovla əmlak mübahisəsi (sonuncu iki nazirlə mübahisələr indi məhkəmə müstəvisində çözülür-müəllif.) K.Həsənovun mövqeyini xeyli dərəcədə laxladıb. Üstəlik də ölkədəki siyasi qeyri-müəyyənlik Həsənov qardaşlarını bəzi qabaqlayıcı tədbirlər görməyə məcbur edib. Onlar sabiq nazirlərin aqibətini yaşayacaqlarından ehtiyatlanaraq indidən əmlaklarının ən azı bir hissəsini qorumaq üçün hərəkətə keçirlər. Onu da yaxşı bilirlər ki, "AZINKO-holdinq” kimi nəhəng müəssisələrdə real yox, virtual təsisçilik mövcuddur. Bir anın içində həmin müəssisə başqa adamın adına keçə bilər. Sabiq iqtisadi inkişaf nazirlərinə məxsus nəhəng holdinqlərin aqibəti buna sübutdur - Fərhad Əliyevə məxsus "Azpetrol” və Heydər Babayevə məxsus "ABU-holdinq” bir anın içində onlardan alınaraq başqa şəxslərin təsisçiliyinə və idarəetməsinə keçdi. Bu acı təcrübədən çıxış edən Həsənov qardaşları potensial təhlükə ərəfəsində əmlaklarının heç olması bir hissəsini təminatlı məkana transfer etməyə start veriblər. Kiçik obyektlərin satılması da bununla bağlıdır. 

Mənbə bildirir ki, K.Həsənovun metal biznesinin monopoliyasından kənarlaşdırılması da onu əmlakının bir hissəsinin Dubaya köçürülməsini sürətləndirib. Son vaxtlara qədər filizsaflaşdırma və poladəritmə sahələrində nəzarət paketi K.Həsənova məxsus idi. K.Həsənov dövlətin əmlakını idarə etməyə məsul olan qurumun başçısı kimi, "Azərboru” və "Daşkəsən Filizsaflaşdırma” ASC-ni, eləcə da 20-yə yaxın kiçik müəssisəni idarə edirdi. Ancaq prezident sərəncamı ilə metal biznesi dövlətin nəzarətinə keçdi və K.Həsənov idarəçilikdən uzaqlaşdırıldı. Görünür, bunu ilk xəbərdarlıq kimi dəyərləndirən K.Həsənov əmlakının bir hissəsini xilas etmək üçün hərəkətə keçib. Çünki yaxın keçmişin təcrübəsində belə xəbərdarlıqların acı sonluğu barədə yetərincə nümunələr var - Fərhad Əliyev işdən çıxarılmazdan bir il öncə sənaye ilə bağlı səlahiyyətləri, bir ay öncə isə özəlləşdirmə ilə bağlı funksiyaları əlindən alındı. F.Əliyevin müavini olmuş K.Həsənov belə ssenarilərin sonunun nə ilə bitəcəyinin fərqindədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar