Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat həmsədrləri “topa tutdu”


Milli Məclisin Ağdamdan seçilmiş deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov ATƏT-in Minsk qrupunun fəaliyyətini sərt tənqid edib.


Deputat  açıqlamasında bildirib ki, ATƏT-in Minsk qrupu yarandığı gündən bu qurumun həmsədrləri Azərbaycana və Ermənistana yalnız turist səfərləri edir: “Məndə belə təəssürat yaranıb ki, ATƏT dünyada ən böyük ikili standartla çalışan qurumdur. ATƏT-in Minsk qrupu öz acizliyini hiss edir və status-kvonun saxlanılmasına xidmət edir. Bu isə Azərbaycanı, o cümlədən torpağı işğalda olan azərbaycanlı kimi məni heç cür qane edə bilməz”.
 
B.Sadıqov deyib ki, artıq Minsk qrupunda simvolik olaraq həmsədr dövlətlər öz nümayəndələrini tez-tez dəyişir: “Hər yeni təyin olunan həmsədr də öz naşılığını sübut edir. İndiyədək müzakirə olunan və gündəmdən çıxarılan, Azərbaycanın maraqlarına uyğun olmayan təklifləri ortaya atır. Ancaq həmsədrlər təyin olunan zaman ilk növbədə münaqişə haqqında, aparılan danışıqların tarixi barədə öyrənməlidir və köhnə təklifləri yenidən ortalığa atıb vaxtı uzatmalı deyil. Mən ATƏT-dən o zaman razı qalaram ki, bu təşkilat işğalçı ilə işğala məruz qalanı birinci növbədə göstərsin. Minsk qrupunun həmsədrləri Ermənistan ilə söhbətə gedən zaman BMT-nin 4 məlum qətnaməsinə istinad etməlidir. Həmsədrlər Ermənistana çəkinmədən deməlidir ki, BMT sizi işğalçı dövlət kimi tanıyır və siz nə vaxtadək Azərbaycan torpaqlarını işğalda saxlayacaqsız? Heç olmasa ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan rəhbərliyi ilə danışan zaman onlara başa salsın ki, axı siz öz xalqınızı nə vaxtadək səfil və dilənçi vəziyyətində saxlayacaqsız? Ermənistan öz-özünü yaşada bilmir. İşğal etdiyi torpaqları necə yaşadacaq? Həmsədrlər cəsarət tapıb Ermənistan rəhbərliyinə deməlidir ki, əgər siz müstəqil dövlətsinizsə, o zaman müstəqil qərar qəbul edin, öz xalqınızı və dövlətinizi inkişaf etdirin, sizin olmayan Azərbaycan torpaqlarından nə qədər gec deyilsə çıxın. Əgər ATƏT bu mövqeyi nümayiş etdirsə, o zaman mən bu qurumun fəaliyyətindən razı qala bilərdim. Ancaq indiki halda Minsk qrupunun fəaliyyəti yox kimidir. Mən ATƏT-in Minsk qrupunu Azərbaycana səfər etməklə öz ezamiyyət xərclərini saxlayan və nüfuzdan düşmüş bir qurum hesab edirəm”.
 
(publika.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar