Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat iyun görüşünün detallarını açıqladı


"Növbəti görüş sülh prosesinə hazırlıq işlərinin aparılması üçündür"


Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib. 

Politoloq Vyana görüşündən sonrakı mərhələnin bəzi detallarını açıqlayıb:
 
“Hesab edirəm ki, Vyana görüşündən sonrakı mərhələ Ermənistana vaxt verilməsindən daha çox, Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə prosesə hazırlıq işləri ilə əlaqəlidir. Hazırda həmsədrlər və sözügedən ölkələrin xarici işlər nazirləri yeni bir mətn üzərində işləyir, bəzi məqamlarla bağlı yaxınlaşdırmalar aparırlar ki, prezidentlərin məlum görüşündən müəyyən nəticələr əldə etsinlər. 

Çünki bu istiqamətdə xeyli hazırlıq işlərinə ehtiyac var. İyun görüşü də məhz buna hesablanıb. Sərkisyan kimdir ki, Azərbaycana şərt irəli sürsün! Ermənistan rəhbərliyinin hazırda 7 rayonun qaytarılması üzrə mərhələli həll planı ilə razılaşmaqdan başqa çarəsi yoxdur. Bir sözlə, yeri və vaxtı hələ dəqiqləşməsə də, növbəti görüş sırf hazırlıq mərhələsidir. Sülh sazişi əldə olunan kimi Ermənistan dərhal öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından çıxaracaq”.
 
Qeyd edək ki, mayın 16-da Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham ƏliyevErmənistan Prezidenti Serj Sərkisyan arasında baş tutan görüşdə iyunda növbəti danışıqlar barədə razılığa gəlinib.
 
Bəzi ekspertlər iyunda mərhələli həll paketinin işə düşəcəyini proqnozlaşdırır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar