Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat kimin tapşırığı ilə baş prokuroru “vurur”?

2006-cı ildə Milli Məclisə əlavə seçkilər zamanı Binəqədidən mandat əldə edən Rafael Cəbrayılov 2010-cu ildə bu uğurlu dairəni əldən vermədi. Bu dəfə isə R.Cəbrayılov yenidən 46 saylı Şirvan Dairəsini seçdi. Hansı ki, 2005-ci ildə namizədliyini məhz bu dairədən (O zaman şəhərin adı Əli Bayramlı adlanırdı) irəli sürmüş və uduzmuşdu


2005-ci ildə məğlubiyyətlə tanış olan Rafael Cəbrayılov maraqlı çıxışlar edirmiş. O, məğlubiyyətinin əsas səbəbkarı olaraq, özünü və ya seçicilərini deyil, baş prokuror Zakir Qaralovu görürmüş. Mənbənin sözlərinə görə, sabiq baş prokuror Eldar Həsənovun irəli çəkdiyi kadrlardan olan R.Cəbrayılov Z.Qaralov tərəfindən Baş Prokurorluqdakı vəzifəsindən uzaqlaşdırılıb.

Uzun müddət qovulmanın şokundan çıxa bilməyən Cəbrayılovun hər uğursuzluğunda baş prokuroru günahlandırıb. Eləcə də Şirvandan seçilə bilməməyin səbəbkarı olaraq da baş prokuroru görüb.

Hətta mandat aldığı zaman bunu rəqibləri deyil, məhz onu prokurorluq orqanlarındakı işinə son verənlər üzərində qələbə adlandırdığı da bildirilir.

R.Cəbrayılov bu dəfə yenidən Şirvandadır. Bu dəfə qarşısında ciddi rəqibin olmadığı iddia olunur. Ancaq Azərbaycandakı seçki praktikası göstərib ki, bəzən güclü namizədlər hansısa səbəbdən oyundankənar qaldıqda, tamamilə zəif və təsadüfi namizədlərə də üstünlük verilir. Lakin bu dairədən YAP-ın namizədi Paşa Nəbiyev və Müsavat başqanının müavini Elman Fəttah da namizəddir. YAP bəzi dairələrdə zəif namizədlə çıxış etsə də, R.Cəbrayılovun rəqibi seçki nəticələrinin faktiki olaraq, həllini tapdığı məktəblərin üzərində söz sahibidir-Şirvan rayon Təhsil İdarəsinin sədridir. Elman Fəttah isə seçiləcəyi təqdirdə iqtidara ciddi problem yaratmayacaq müxaliflərdəndir. Eyni zamanda beynəlxalq təşkilatlar Müsavat başqanının müavininin seçilmək istədiyi dairəyə daha çox diqqət ayıracaqlar. Qısacası, R.Cəbrayılov ikinci dəfə Şirvanda uduzsa, sürpriz olmayacaq. Fəqət bu dəfə də Zakir Qaralovu suçlayıb-suçlamayacağı sual altındadır. Baxmayaraq ki, Baş Prokurorluqda onun borc “alıb”-qaytarmadığına dair şikayətlər artmaqdadır. Həmin şikayətlər baş prokuror tərəfindən ölkə rəhbərliyinə məruzə oluncağı təqdirdə, R.Cəbrayılovun seçilmə şansı rəqibləri olan məşqçı müəllim Rəşad Bünyətovla Fəzail Ağamalının təmsilçisi Zülfiyyə Həzrətquliyevadan da az olur. (azerinfo.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar