Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat qardaşları haqda iddialardan danışdı


"Biz Məmmədovlara qarşı.."


“Bütün mətbuat ictimaiyyəti bilsin ki, biz Məmmədovlara qarşı heç bir qərəzli mövqe yoxdur”.

 Bu sözləri Modern.az saytına açıqlamasında deputat Elton Məmmədov son vaaxtlar nəqliyyat naziri olan qardaşı Ziya Məmmədov, qardaşı oğlu Anar Məmmədov və digər bacı və qardaşları haqqında mətbuatda gedən informasiyalara münasibət bildirərkən deyib. O qeyd edib ki, onlar ölkə rəhbərliyinin ətrafında sıx birləşən bir ailədir, nəsildir.

“Bizə həvalə edilən bütün səlahiyyətlərimiz çərçivəsində ölkəmizə, dövlətimizə, xalqımıza xidmət edirik. Qalan şayiələr yanlışdır, şantaj xarakterlidir, sadəcə ictimaiyyəti çaş-baş salmaq üçündür”.

Elton Məmmədov özünün yenidən namizədliyini verməmisini elmi fəaliyyətlə məşğul olması ilə əlaqələndirib. “Kifayət qədər böyük həcmli, tutumlu elmi layihələrim var, elmi tədqiqatlarımla məşğul olacam. 5 il deputatlıq səlahiyyətinin icrası ilə məşğul oldum. Seçicilərimə təşəkkür edirəm ki, məni 15 il dəstəkləyiblər, prezidetə təşəkkür etdim. Alim, professor kimi fəaliyyətimi davam etdirmək istəyirəm”.

Deputat eyni zamanda Qolf klubunun açılışında Azərbaycanın Qolf Federasiyasının prezidenti Anar Məmmədovun iştirak etməməsini belə izah edib.

“Mütləq deyil ki, hər hansı bir açılışda federasiya prezidenti və yaxud nazir iştirak etsin. Protokol var, orada müəyyənləşdirilir ki, tədbirə hansı formatda dəvətlər edilir. Bu mənada kiminsə fərdi yanaşması fərdi mülahizəsi, özünəsərf edən düşüncə tərzi ilə ictimaiyyətə açıqlama verməsi hesab edirəm ki, yanlış fikirlərdir. Bundan isə uzaq və səmimi olmaq lazımdır. Ona görə də biz səmimi insanlarıq və cənab prezidentin ətrafında sıx birləşən, onun tapşırığı və tövsiyyəsi ilə xalqa xidmət edən ziyalılarıq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar