Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatdan dövlət qurumunun rəhbərinə ittiham



Azərbaycanda dövlət qulluğuna iddialılar müəyyən baryerləri aşmaqla müvafiq vəzifələrdə çalışa bilərlər


Dövlət qulluğuna qəbul üçün qanunvericiliyin tələblərindən irəli gələn iki mərhələli baryer sistemi iddialıların dövlət orqanlarına işə qəbulunda müəyyən problemlər yaradır. Belə ki, “Dövlət qulluğu haqqında” qanuna görə, dövlət qulluğuna qəbulun birinci mərhələsi test üsulu ilə həyata keçirilir. İkinci tur isə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, vətəndaşın işə düzəlmək istədiyi müvafiq qurumun mütəxəssisi və müstəqil ekspertin iştirakı ilə video çəkilişlə keçirilən sual-cavab mərhələsidir.

Bu hüquqi mexanizmdən, xüsusilə də ikinci turdan yararlanmayan vətəndaşların sayı ilbəil artır. Dövlət qulluğuna iddialı namizədlər çox vaxt birinci mərhələdən keçsələr də, ikinci mərhələ onlar üçün bir düyünə çevrilir. Şübhəsiz, bununla demək istəmirik ki, dövlət qulluğuna layiq olmayan, tələb olunan bilik, bacarıq parametrlərinə cavab verməyən şəxslər vəzifələrə gəlsin. Amma bir sira hallarda bilik və savadı,  dövlət qulluğuna düzəlmək üçün müəyyən edilən meyarlara tam uyğun, hətta ondan da artıq olan namizədlərin ikinci turdan keçə bilməməsi haqlı iradlara yol açmaya bilməz.

Dövlət qulluğuna keçmək istəyənlər az hallarda müsahibə mərhələsindən alnıaçıq, üzüağ çıxırlar.

Məhz bu səbəbə görədir ki, dövlət qulluğuna keçid üçün tələb olunan ikinci mərhələnin ləğvi dəfələrlə gündəmə gəlir.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Modern.az saytına açıqlamasında deyib ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) vətəndaşlarda həmin qurumun niyə görə mövcud olduğunu düşünməyə vadar edən addımlar atıb. Deputat arqument kimi elə DQMK-nın statistikasına istinad edib: “Birinci mərhələni keçən 45 min şəxsdən, 41 mini ikinci mərhələdə, sadə xalq dili ilə desək, kəsiliblər. Cəmi 4 min insan dövlət qulluqçusu adını qazanıb. Əlbəttə, deyə bilərlər ki, onların, yəni dövlət qulluqçularının ölkə üzrə ümumi sayı 31 mindən yuxarı deyil və dövlət qulluqçularının sayı məsələsinə məhdudiyyətlər qoymaq lazımdır. Ancaq məsələnin əsas önəmli tərəfi burda deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüzlərlə vəzifə yeri boşdur”.

Deputatın fikrincə, bununla Azərbaycanda ali təhsilli şəxslərin işsizlər cərgəsinə qoşulması problemi yaşanır. Deputat vurğulayıb ki, DQMK işsizlik probleminə baxmayaraq, özünün sərt yanaşma və tələblərini ortaya qoymaqdadır. Zahid Orucun bildirdiyinə görə, dövlət qulluğuna qəbul üçün keçirilən ikinci mərhələdə əksər hallarda məsul qurumun nümayəndələri namizədlərə aşağı ballar yazırlar: 

“Necə olur ki, birinci turdan keçən şəxslər ikinci turda lazımi nəticə qazana bilmirlər? Bəziləri dəfələrlə dövlət qulluğuna imtahanın birinci mərhələsindən keçib, amma ikinci turda problemlə qarşılaşıb. Onlar dövlət qulluqçusu adını qazana bilmirlər”.

Deputat bir az da sərt danışaraq qeyd edib ki, əslində DQMK-nın özünün nümayəndələrini imtahana çəkmək lazımdır: “Əminliklə deyirəm ki, bu dövlət komissiyasının rəhbəri daxil olmaqla heç biri mövcud şərtlər altında dövlət qulluğuna qəbul oluna bilməz”.

Zahid Oruc DQMK-nın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) birləşdirilməsi ilə bağlı Milli Məclisdə qaldırdığı təklifini xatırladaraq, vəziyyətdən çıxış yolunu da göstərib. Onun sözlərinə görə, DQMK-nın TQDK-ya birləşdirilməsindən sonra elə hüquqi-normativ baza hazırlamaq lazımdır ki, bu, insan faktorundan asılı olmasın: 

“Ümumiyyətlə, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın ləğvi işin faydasına olar. Bu qurumun TQDK-ya birləşdirilməsindən sonra elə mexanizm formalaşdırılmalıdır ki, insanların gözəyarı meyarlarından asılı olmasın. Necə ki, hazırda birinci mərhələni keçmək hər hansı insanın qələmindən asılı deyil, eləcə də bunu digər mərhələ üçün etmək lazımdır”.

Müsahibə mərhələsindən keçdikdən sonra belə, namizədlərin ehtiyat məmurlar siyahısına düşməsi halları da məsələnin başqa bir problemli tərəfini təşkil edir. Çünki ikinci mərhələni adlayanların bir çoxu üçün də illərlə gözləmək lazım gəlir ki, onlar dövlət qulluqçusu olsunlar. Bu barədə də fikirlərini bölüşən Zahid Oruc bildirib ki, müsahibədə lazımı balı toplayan namizədin kadr ehtiyatları hissəsinə yerləşdirilməsinin də qarşısını almaq lazımdır:

“Burada da elə bir mexanizm yaradılmalıdır ki, faktiki olaraq qalib müəyyənləşsin və kimsə rəhbər şəxsin qərarından asılı qalmasın”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar