Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatı Mirzəcan Xəlilovun qarşısından geri çəkən güc... - YAP-ın namizədinə vəzifə vədi verilib


41 saylı Sumqayıt birinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) vahid namizədi, hazıki deputat Leyla Abdullayevanın seçkilərdən qəfil geri çəkilməsinin səbəbi aydınlaşıb


PİA.AZ Strateq.az-a istinadən xəbər verir ki, deputat Sumqayıtda yeni vəzifəyə təyin ediləcək:

"Deputat olana qədər məktəb direktoru işləyən və bu sahədə kifayət qədər təcrübəsi olan Leyla xanım icra başçısı Zakir Fərəcovun  ilk iclasda qovduğu Sumqayıt şəhər Təhsil İdarəsinin rəisi təyin ediləcək”.

Xatırladaq ki, YAP icra katibinin müavini Siyavuş Növruzov da bir neçə gün əvvəl Leyla Abdullayevanın dövlət qulluğunda işə keçəcəyi ilə əlaqədar deputatlıq yarışından geri çəkildiyini bildirib. 



Leyla Abdullayeva

Görünür, həmin dairədən iqtidarın "Azərsutəchizattikinti” ASC-nin sədri, namizədliyi özü tərəfindən irəli sürülən YAP-çı Mirzəcan Xəlilovdan yana olması da, hazırkı deputatın vəzifəyə meyllənməsinə ciddi təsir göstərib.



Mirzəcan Xəlilov

Strateq.az-ın məlumatına görə, böyük maddi imkanlara və geniş çevrəyə sahib olan Mirzəcan Xəlilov sıradan bir şirkətin rəhbəri deyil, onun hakimiyyət daxilində çox ciddi dayaqları var: "Məhz bu faktora görə özü tərəfindən namizədliyi irəli sürülən YAP-çı Mirzəcan Xəlilova partiyadan da maneəyə yaradılmadı. Əksinə, YAP-ın siyahısı ilə seçkiyə qatılan deputat Leyla Abdullayevanı geri çəkilməyə sövq etdilər…”.

Mia.az-ın əldə etdiyi digər bir məlumatda isə, M.Xəlilovun deputat olmaq üçün çox böyük vəsait xərcləməkdədir. Ömrüboyu dövlət qulluğunda işləyən bu namizədin həmin vəsaiti hansı mənbədən əldə etməsi xeyli dartışmalı mövzu olmaqla yanaşı, ortaya digər suallar da çıxıb. Axı, YAP Sabirabad rayon təşilatının idarə heyətinin üzvü olan M.Xəlilovun 41 saylı Sumqayıt seçki dairəsini seçməsinin arxasında nələr gizlənib? Və yaxud onu himayə edən güc və ya qrup kimlərdir?! 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar