Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatla icra başçısının adı müdhiş ev fırıldağında


Bakıda mənzil-tikinti kooperativlərinin (MTK) ardı-arası kəsilməyən fırıldaqçılıq və dələduzluq əməllərindən daha biri üzə çıxıb


PİA.AZ xəbər verir ki, "Dağlar” MTK tərəfindən aldadılmış zərərçəkənlərin bir qrupu virtualaz.org-a müraciət ediblər. 

Onlar bu ilin yayında nağd pul ödəyərək "Dağlar” MTK-nın Bakının Nərimanov rayonu, Təbriz küçəsi, 63 ünvanında inşa etdiyi binadan mənzillər alıblar. Çox keçmədən məlum olub ki, həmin mənzillər əslində daha əvvəl, bəzi hallarda isə onlara satılandan sonra başqalarına satılıb.


Təkcə həmin binada "Dağlar” MTK rəhbərlərinin dələduzluq əməllərindən zərər çəkənlərin sayı 25-ə yaxındır. MTK rəhbərliyi onların 1,5 milyon manata yaxın vəsaitini mənzil satmaq adı altında mənimsəyib.

Ədliyyə Nazirliyinin qeydiyyat sənədlərində "Dağlar” MTK-nın təsisçisi və sahibi kimi Çingiz Rzayevin adı yer alır. Şirkətin icraçı direktoru isə onun qohumu Şahin Əliyevdir. Təsisçilər arasında həmçinin Çingiz Rzayevin qardaşı Gündüz Rzayevin və daha üç nəfərin adı var.



Zərərçəkənlərdən biri Etibar Əliyev deyib ki, o, "Dağlar” MTK-nın inşa etdiyi binadan ötən ilin avqustunda üçotaqlı mənzil alıb və 122 min manatı nağd şəkildə şirkətin icraçı direktoru Şahin Əliyevə ödəyib.

Mənzil alqı-satqısı haqda MTK ilə vətəndaş arasında bağlanmış müqavilə notariusda təsdiqlənib.

E.Əliyev aldığı mənzili təmir etdirib və bu işə daha 40 min manata yaxın xərc çəkib. Ancaq bir neçə ay əvvəl məlum olub ki, mənzil başqasına satılıb. Zərərçəkən deyir ki, mənzilinin başqasına satılmasından ora köçməyə hazırlaşarkən xəbər tutub.



Məlum olub ki, mənzilin yeni sahibi qapının qıfılını dəyişdirib. Zərərçəkən bildirir ki, hazırda o, qıfılı sındırmaqla mənzilə daxilolabilib və orada yaşayır. Ancaq sənədlərdə mənzilin iki sahibi var.

Digər zərərçəkən Məmmədov Sadiq Hüseyn oğlu da eyni sxemlə aldadılıb. Eyni problemlə üzləşən şikayətçi Çingiz Hüseynov "Dağlar” MTK-ya 180 mindollarödəyib.

Zərərçəkənlərin bildirdiyinə görə, eyni mənzilin ayrı-ayrı vaxtlarda nəinki iki, hətta 5-6 adama satılması halları mövcuddur. Vətəndaşların dediyinə görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi şikayət əsasında "Dağlar” MTK-nın icraçı direktoru Şahin Əliyevi saxlayıb, ancaq faktla bağlı cinayət işi qaldırılmayıb və onu vətəndaşların pullarını geri qaytarmaq şərti ilə buraxıblar. Lakin Ş.Əliyev pulları qaytarmayıb.

Nəhayət, bir neçə gün əvvəl NərimanovRayonPolis İdarəsi tərəfindən "Dağlar” MTK-nın rəhbərlərinə qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq əməli) ilə cinayət işi qaldırılıb. Buna baxmayaraq, zərərçəkənlər deyir ki, polis dələduzların saxlanması üçün əməli addımlar atmır.

Bəzi iddialara görə, Ç.Rzayev Sumqayıtın icra başçısı Eldar Əzizovun adından istifadə edir. Həmçinin Ç.Rzayevin Binəqədidən deputat olan Hacı Madərin himayəsində olduğu haqda iddialar səslənir.

Qeyd edək ki, Azərbaycanda mənzil tikintisi adı ilə vətəndaşların milyonlarla pulunu mənimsəyən tikinti şirkətlərinin sayı durmadanartır. Buna qədər "GEN” MMC-nin rəhbəri Elbrus Əliyev siyahıda birinci yeri tuturdu. 300-dən çox vətəndaşın 8 milyon manatını mənimsəyən Elbrus Əliyevə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 14 il həbs cəzası verilib.

Ardınca "Şakir” MMC tikinti şirkətinin rəhbəri Şakir Hüseynov və şirkətin əməkdaşları 2008-ciildə həbs ediliblər. Vətəndaşların şikayətçi olduqları "Mur -Ay”, "AZİK”, "KAPİTAL-QRUP” MMC var. İlkin hesablamalara görə, belə adamların sayı 5 mini ötüb.

"Birlik inşaat”, "Şaiq”, "Safari-N”, "Olimpus”, "Orxan” və "Kamran- B.Ə.” MMC tərəfindən minlərlə vətəndaş aldadılıb. Habelə, "Fuad LTD”, "Xəzərə mənzərə” adlı MMC-lərin dələduzluğu ucbatından yüzlərlə ev qurbanı var.

Ekspertlərin sözlərinə görə, bu cür şirkətləri əvvəlcə yüksək çinli məmurlar himayə etsə də, sonra dələduzluğun əndazəni aşdığını görüb, arxasından çəkilirlər. Bu da hökumətlə vətəndaşları üz-üzə qoyur.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar