Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlar Avropaya gedir


Milli Məclis sədrinin müavini, Azərbaycan parlamentinin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlarımız ATƏT PA-nın payız sessiyasında iştirak etmək üçün oktyabrın 1-dən 6-dək İsveçrənin Cenevrə şəhərində səfərdə olacaqlar


Milli Məclisin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, nümayəndə heyətinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, Milli Məclisin deputatı, ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini Azay Quliyev daxildir.  

Sessiya çərçivəsində öncə ATƏT PA-nın Aralıq dənizi forumu keçiriləcək. Sonra “Təhlükəsizliyin yeni çağırışlarında parlamentlərin rolu” mövzusunda konfrans olacaq. Tədbiri ATƏT PA-nın sədri İlkka Kanerva açacaq.  

Üç sessiyadan ibarət konfransda hərbi-siyasi, iqtisadi və ekoloji, insan meyarlarına diqqət yetiriləcək. Mülki əhalinin partlayıcı əşyalardan qorunması, silahlanmaya və tərksilah olunmaya nəzarətdə parlamentlərin rolu, zorakılığın dəyişən siması, hərbi və mühafizə şirkətlərinin fəaliyyətinin tənzimlənməsində dövlətlə özəl qurumların tərəfdaşlığı, iqtisadi və ekoloji məsələlərdə ATƏT-in fəaliyyəti, milli azlıqların müdafiəsində qurumun rolu və digər mövzular nəzərdən keçiriləcək. Fikir mübadiləsi aparılacaq. 

Qurumun Daimi komitəsinin iclasında bir sıra təşkilati məsələlərə də baxılacaq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar