Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlar Türkiyədəki seçkilərdən danışdı


“Ümid edirəm ki, bu dəfə də uğurlu seçim edəcəklər”


Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilir. 

Modern.az saytı  bugünkü seçkilərlə bağlı deputatların fikirlərini öyrənməyə çalışıb.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyədəki seçkilərdə hansı namizədin qalib gəlməsindən də danışıblar.

İşçi qrupunun üzvü Fəzail Ağamalı seçkilərdən danışarkən Türkiyənin son 15 ildə keçdiyi yola nəzər salıb

“Şəxsi fikrim odur ki, Türkiyə xalqı yenə də düzgün seçim edəcək. Bir daha Ərdoğana və onun partiyasına səs verəcək. Prezident kimi Tayyib Ərdoğan, parlamentdə isə Ədalət və İnkişaf Partiyası (AKP)və Milliyyətçi Hərəkat Partiyası (MHP) birgə daha üstün mandat qazanacaqlar. Arzu edərdim ki, xalq öz seçimində səhv etməsin. 2003-cü ildən bəri keçən zaman kəsiyində Türkiyə yüksək inkişaf mərhələsinə qədəm qoyub. Böyük inkişaf yolu keçib. Türkiyə bu gün dünyada öz sözünü deyib. Ötən əsrin 90-cı illərindən başlayaraq, Türkiyədə gedən prosesləri həm bir siyasətçi kimi, həm də bir türk olaraq diqqətlə izləmişəm. Etiraf edim ki, son 15 il ərzində Türkiyə çox böyük inkişafa sahib olub. Bugünkü Türkiyə əvvəlki Türkiyə deyil. Hansısa super güclərin, super dövlətlərin diqtəsi ilə hərəkət edən ölkə deyil. Öz xətti, prinsipi, rəyi olan bir dövlətdir. Türkiyə nə qədər güclü olarsa, bu, Azərbaycana da xeyir gətirər. Ona görə də Ərdoğanın qalib olmasını istərdim”.

İşçi qrupunun xanım üzvü Dilarə Cəbrayılovanın sözlərinə görə, seçkilərdə layiq olanlar qazanmalıdır.

“Seçki prosesi çox ciddi prosesdir. Son günlər seçkilərə hazırlığın yüksək səviyyədə keçdiyinə şahidlik edirdik. Təbii, qardaş ölkədə gedən seçki prosesini mən də izləyirəm. Amma seçkilərlə bağlı düşüncəm belədir. Kim yaxşı namizəddirsə, kim xalqını işıqlı yolla aparacaqsa, o da qalib gəlsin. Sadəcə, indiki durumda Türkiyəyə qadın namizədin rəhbərlik etməsini təsəvvür edə bilmirəm. Mənə görə, yenə də ən yaxşı namizəd Ərdoğandır. Son 15 ildə Ərdoğanın Türkiyəyə rəhbərliyi göz önündədir. Türkiyə uğurlu dövlət strategiyasına qədəm qoyub".

Işçi qrupunun digər xanım üzvü Sona Əliyeva deyir ki, xalq düzgün seçim edəcək.

“Seçkilər həmişə həssas məsələ olub. Bir ölkədə prezident, parlament seçkiləri keçirilirsə, həmin il çox məhsuldar il hesab olunur. Hazırda Türkiyə xalqı çox ciddi qərar verir. Həm öz prezidentlərini, həm də parlamentini seçir. Bir lider kimi Ərdoğanı dəstəkləyirəm və arzu edirəm ki, o da seçilsin. Çünki  Türkiyə xalqı 2016-cı ilin 15 iyul(Temmuz hadisələri) hadisələrini unutmayıb. Həmin vaxt xalq öz uğurlu seçimini etdi. Ümid edirəm ki, bu dəfə də uğurlu seçim edəcəklər. Ərdoğan siyasi lider kimi artıq nüfuz sahibidir. Türkiyənin uğurlarına hər bir azərbaycanlı sevinir. Çünki dünyada elə bir dövlət tapılmaz ki. Azərbaycan və Türkiyə kimi qardaş ölkə ola bilsin”.

 Xatıradaq ki, bu ilin aprel ayında ölkə rəhbərliyi növbədənkənar seçkilərin keçirilməsi barədə qərar verib.

Səsvermə prosesi səhər saat 8-də başlayıb. Axşam saat 5-də isə seçki məntəqələrinin qapıları seçicilərin üzünə bağlanacaq.

Prezidentlik üçün 6 namizəd mübarizə aparır:


Mearal Akşener - İYİ Partiya

Muharrem İnce - CHP

Doğu Perinçek - Vətən Partiyası

Temel Karamollaoğlu - Səadət Partiyası

Selahettin Demirtaş – HDP

Parlamentə keçirilən seçkilərdə isə 10 partiya mübarizə aparır:

Ədalət və İnkişaf Partiyası (AKP)

Müstəqil Türkiyə Partiyası

Böyük Birlik Partiyası (BBP)

Cümhuriyyət Xalq Partiyası (CHP)

Demokrat Partiya

Xalqların Demokratik Partiyası (HDP)

İYİ Partiya

Milliyyətçi Hərəkat Partiyası (MHP)

Səadət Partiyası

Vətən Partiyası

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar