Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlar kotlet dalınca qaçmışdılar - Video


Bu vaxt isə zalın içərisində həmin deputatların yerinə Milli Məclisin operatoru Akif səs verirdi


Milli Məclisin bu günkü iclasında cari məsələlərin müzakirəsi zamanı deputat İqbal Ağazadə bir sıra maraqlı təkliflərlə çıxış edib. Məhkəmə sisteminin qüsurları olduğuna diqqət çəkən millət vəkilinə YAP-çı deputat Siyavuş Novruzovun ona cavabı isə xüsusi ilə maraqlı olub. Amma bu dəfə Səyavuş Novruzov molotov kokteyli ilə kotleti səhv salıb.

Milli Məclisin bu günkü iclasının gündəliyi yenə də sıx idi. Deputatlar həm Hesablama Palatasının hesabatını müzakirə etməli, həm də gündəlikdə duran 7 qanun layihəsinə düzəlişlərə baxmalıydılar. Əlbəttə ki, cari məsələlər də öz yerində. İqbal Ağazadənin məhkəmə sisteminin yarıtmaz fəaliyyətinə yönələn çıxışı da məhz cari məsələlər fonunda səsləndi. Deputat bu gün Azərbaycanda gənc insanlara, hansı ki, nə adam öldürüblər, nə oğurluq ediblər, sadəcə siyasi baxışlarına görə 7-8 il iş kəsilməsini "dəhşət" adlandırdı və Milil Məclisin Amnistiya haqqında qanun hazırlamasının vacibliyinə toxundu.

Deputat Siyavuş Novruzov isə görünür İqbal Ağazadənin cavabını verməyə tələsdiyindəndir ki, dili dolaşdı.

Siyavuş Novruzovun kokteyllə kotleti qarışdırması ancaq jurnalistlərin dodağını qaçırtdı. Çünki bu çıxış zamanı deputatların əksəriyyəti deyəsən elə kotlet dalınca qaçmışdılar. Parlamentin yeməkxanasından gələn qoxu ən azı məndə bu təəssüratı yaratdı. Zalda olanların başı isə söhbətə qarışmışdı. Ona görə də, yenə səsvermə zamanı yetərsayı yetərli etmək üçün yetərincə cəhdlər oldu. Türklər demişkən, ən çox çaba göstərən də Milil Məclisin operatoru Akif idi. Onun fədakarlığı sayəsində gör neçə deputat kotleti arın-arxayınlıqla həzmi rabedən keçirdi.

Akifin öz işindən məmnun qaldığı göz qabağındaydı. Elə parlamentin fəailyyəti də. Ona görə də daha başınızı ağrıtmaq istəmirəm. Amma ürəyimdən keçən bir təklifi mütləq səsləndirmək istəyirəm. Milli Məclisdə boş qalan üç deputat yerindən birinə Akif namizədliyini versin. Ondan əla deputat çıxar. Ən azı başqalarından fərqli olaraq yerində oturub düyməni basa bilər ki.(musavat)

<iframe width="420" height="315" src="//www.youtube.com/embed/wX3IPEN68Yk" frameborder="0" allowfullscreen></iframe>


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ən çox oxunanalar