Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatların fəaliyyətini izləyən mərkəz reytinq cədvəli yayıb

Ən çox mənfi xəbər Araz Əlizadə haqqında olub


Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin aprel ayı üzrə millət vəkilləri haqqındakı monitorinqi təqdim edir.  

2016-cı ilin aprel ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 24050 xəbər yerləşdirilib. Bunlardan 330 xəbər mənfi, 25 xəbər müsbət və 23695 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Araz Əlizadə (62 xəbər - himnimizi təhqir etdiyi üçün deputata sərt reaksiya), Cavid Qurbanov (43 xəbər – dəmiryolçuları həbslə hədələməsi, deputatı həbsə aparacaq dosye olması), Nəriman Əliyev (41 xəbər - seçiciləri ilə görüşməməsi, verdiyi vədləri yerinə yetirməməsi). Müsbət xəbərlər isə Qənirə Paşayevaya (25 xəbər – deputatın Türkiyədə mükafata layiq görülməsi) məxsusdur.

Xəbər sayına görə sıralama:

Mehriban Əliyeva 3173 xəbər
Oqtay Əsədov 1254 xəbər
Qənirə Paşayeva 1207 xəbər
Zahid Oruc 727 xəbər
Azay Quliyev 703 xəbər
Siyavuş Novruzov 682 xəbər
Bahar Muradova 669 xəbər
Vahid Əhmədov  666 xəbər
Səməd Seyidov 615 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2966 xəbər dərc edilib. Bu xəbərlərdən 2942-si neytral, 24-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Mirkazım Kazımov (8 xəbər - “Azadlıq” qəzetinə borcunu ödəməməsi), Araz Əlizadə (8 xəbər - himnimizi təhqir etdiyi üçün deputata sərt reaksiya). Aprel ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

Mehriban Əliyeva 328 xəbər
Siyavuş Novruzov 125 xəbər
Oqtay Əsədov 119 xəbər
Bahar Muradova 102 xəbər
Vahid Əhmədov 92 xəbər 
Fazil Mustafa 86 xəbər
Əflatun Amaşov 71 xəbər
Zahid Oruc 67 xəbər

Aprel ayında televiziya kanallarında deputatlar haqqında  2106 xəbər göstərilib. 

Xəbər sayına görə sıralama:

Mehriban Əliyeva 270 xəbər
Oqtay Əsədov 113 xəbər
Fuad Muradov 94 xəbər
İsa Həbibbəyli 71 xəbər
Ziyad Səmədzadə 70 xəbər
Cavid Qurbanov 64 xəbər
Elman Nəsirov 62 xəbər
Əhliman Əmiraslanov 61 xəbər


Radio kanallarında bu sektorla əlaqəli 145 xəbər söylənilib.

Xəbər sayına görə sıralama:

Mehriban Əliyeva 107 xəbər
Oqtay Əsədov 14 xəbər
Səməd Seyidov 3 xəbər


Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər. Haqqınızda qəzet və jurnallarda yazılan, saytlarda yayımlanan, TV-lərdə göstərilən, radiolarda səsləndirilən, sosial mediada yazılanları bizdən öyrənə bilərsiniz. Əlaqə üçün (012) 409 90 09-a zəng etməyiniz kifayətdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar