Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatların maaşlarının artırılmasına sərt reaksiyalar


Ekspertlər bunu xalqa hörmətsizlik kimi dəyərləndirirlər


Azərbaycanda benzinin qiymətinin artırılmasından sonra Azərbaycan cəmiyyətinin aztəminatlı təbəqəsinin bu bahalaşmadan narazı qaldığı hər kəsə məlumdur.

Tarif Şurasının həmin qərarından sonra benzinin bahalaşdırılmasına qarşı artıq müxtəlif səviyyəli etrazlar səsləndirilib.
Hətta Tarif Şurasının qiymətlərin artırılması qərarından sonra parlamentdə də bu məsələ ilə bağlı müzakirələr aparılmışdı. Həmin müzakirələrdə VHP-nin sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı da öz fikirlərini həmkarlarının diqqətinə çatdırmışdı: 



“Bu günlərdə mən bir sıra rayonlarda olmuşam və əhalinin kənd təsərrüfatına qayğının artması ilə bağlı razılıqlarını eşitmişəm. Deyək ki, torpağın əkilməsi ilə bağlı müəyyən vəsaitlər ayrılır, yanacağa güzəştlər vardı, doğrudan da, bu, məni sevindirirdi. Amma dağ rayonlarında bunun müqabilində o şəraitdə işləyə bilən texnikanın azlığı çox ciddi problem yaradır. Əkənlər, biçənlər, dövlətin yardımı ilə torpağa qayıtmaq istəyənlər çoxdur, buna meyl artır. Amma deyirlər, yaxşı, biz məhsulu hansı texnika ilə yığacağıq? Buna uyğun texnika yoxdur. Buna görə də dağ rayonları üçün xırda kənd təsərrüfatı müəssisələrinin, servislərinin yaranması son dərəcə vacibdir və bunu həll eləmək lazımdır. Camaatın xoş əhvalını görmüşdüm və təsəvvür edirəm ki, orada bu gün yanacağın qiymətinin artması necə təsir bağışlayacaq. Bəzi dostlarımız buradan bizi Avropa ilə və dünya ilə müqayisə edirlər ki, benzinin qiyməti Avropada da yüksəkdir, dünyada da yüskəsdir. Doğrudur, benzinin qiyməti Türkiyədə də bizdən 2-3 dəfə artıqdır. Sən yanacağın qiymətində dünyaya yaxınlaşmaq istəyirsənsə, bunun o biri tərəfi nəzərə alınmırsa, bu, məntiqsizlikdir və onu göstərir ki, məsələyə kompleks yanaşmırıq”. 

Deputat daha sonra bildirmişdi ki, əhalinin kommunal xərclərlə bağlı da sıxıntıları mövcuddur: “Kommunal xərclər, suyun qiyməti, əmlakın qiyməti, qazın qiyməti... Hansı təşkilat necə istəyirsə, “mənim işimin maya dəyəri artıqdır, buna uyğun olaraq qiyməti artırıram” deyərək qiyməti artırır. Nəzərə almırlar ki, insanın bunu verməyə imkanı var, yoxsa yoxdur. Hər birimiz Azərbaycanın bir rayonuna gedib-gələndə benzinə bir təqaüdçünün pensiyasından, yaxud minimum əmək haqqından bir az da artıq pul verməliyik, ya gərək Milli Məclis zəhmət çəksin, benzin xərclərimizi versin, ya da bizim də rayonlarla əlaqəmiz kəsiləcək. 3-4 dəfə get, Milli Məclisin deputatının əmək haqqı yetməyəcək. Bəs, sıravı vətəndaş neyləsin?”



Deyəsən, parlament millət vəkillərinin yanacağın bahalaşmasından üzləşdiyi çətinlikləri nəzərə almaq qərarına gəlib. Belə ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik ediləcəyi haqqında məlumatlar mövcuddur. Bu dəyişikliklərə əsasən, parlament sədrinin 2250 manat (indiyədək 1950 manat olub), sədrin I müavininin 2025 manat (indiyədək 1755 manat olub), sədrinin müavininin 1912,5 manat (indiyədək 1650 manat),  komitə sədrilərinin 1800 manat (indiyədək 1560 manat olub), sıravi deputatların isə 1575 manat (indiyədək 1365 manat olub) maaş alacağı bildirilir. Həmin layihənin MM-in dekabrın 17-də keçiriləcək iclasında müzakirə olunacağı və yeni maaş artımının 2013-cü il dekabrın 1-dən hesablanacağı vurğulanır.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deputatların maaşlarının artırılmasını bahalaşma ilə əlaqəli olduğunu düşünmədiyini vurğuladı: “Çünki bahalnmadan əvvəl dövlət qulluqçularının maaşlarının artırılması barədə artıq sərəncam verilmişdi. İndi deputatların maaşlarının artıtılması da həmin sərəncamla bağlıdır”.

Bununla belə, İqbal Ağazadə deputatların maaşlarının artırılmasının cəmiyyətdə narazılıqla qarşılana biləcəyini də qətiyyən istisna etmədi: “Deputatların maaşlarının artırılması əhalinin bahalaşmadan narazı qaldığı bir dövrə təsadüf edir. Ona görə də, əhalinin bu bahalaşmadan məmnun olmadığı bir halda, deputatların maaşlarının artırılması istər-istəməz cəmiyyətdə narazılıqla qarşılana bilər”.



Yazıçı-pulisist Mehriban Vəzir deputatların maaşlarının artırılmasını qeyri-adi hal kimi dəyərləndirmir: “Bu parlamentin belə davranması tamamilə təbii haldır. Çünki parlament xalqın deyil. Oradakı deputatlara da xalq səs verməyib. Ona görə də, bu deputatlar növbəti seçkilərdə seçicilərin onlara səs verməyəcəyindən də qətiyyən narahat deyillər. Və xalqı deyil, yalnız öz maraqlarını təmin etməklə, öz problemlərini yoluna qoymaqla məşğuldurlar. Halbuki legitim parlament olsaydı, deputatlar əhalinin narazılığından və təkrar seçilə bilməyəcəklərindən mütləq narahat olardılar. Xalqı qıcıqlandıran addımlar atmazdılar. İndiki haldasa, deputatlar yalnız özlərini düşünürlər. Xalqın ağır vəziyyəti və əhalinin problemləri deputatların yadlarına belə, düşmür”.



“Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevin fikrincə isə parlamentin deputatların maaşlarını artırmaq niyyətinə düşməsi Azərbaycan cəmiyyətinə qarşı hörmətsizlikdir: “Parlament ilk növbədə xalqın millətin problemlərini həll etmək barədə düşünməlidir. Ancaq bunun əvəzinə deputatlar ilk olaraq, öz maraqlarını düşünürlərsə, onda heç parlamentə boşuna getməsinlər. Parlament əslində ölkədəki qeyri-qanuni bahalaşmaya etiraz etməliydi. Bunu etmirlər və sadəcə öz maaşlarını artırırlar. Belə davranan deputatlar millətin vəkilləri ola bilməzlər. Belə deputatlıq olmaz. Əgər belədirsə, onda getsinlər dövlət işində işləsinlər, ya da bizneslə məşğul olsunlar. Onsuz da deputatların hamısı da olmasa, əksər hissəsi bizneslə məşğuldurlar”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar