Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlığa ən qoca namizədlər - Siyahı


Azərbaycan Milli Məclisinə seçkilərin keçirilməsinə 24 gün vaxt qalır


Elə son günlər mətbuatın və sosial medianın əsas gündəmi də budur. 

Ölkə.az-ın əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq maraqlı bir araşdırma aparıb. Beləliklə, parlament seçkilərinin ən yaşlı namizədlərini (siyahıya yaşı 70 və daha çox olanlar salınıb) təqdim edirik.

4 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən namizəd Eldar İbrahimov 1945-ci ilin 12 mart tarixində anadan olub. Hazırda Milli Məclisin Aqra Siyast Komitəsinin sədri olan YAP namizədinin 70 yaşı var

19 saylı Nərimanov Birinci Seçki Dairəsindən namizədliyi qeyd alınmış Ənvər Mehdiyev bu dairənin ən qocamanıdır. O 1941-ci ildə anadan olub, işsizdir, namizədliyi öz təşəbbüsü il irəli sürüb.

23 saylı Nəsimi Səbail Seçki Dairəsində ən yaşlı namizəd Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadədir. O, 1940-cı ilin 25 iyununda anadan olub. Millət vəkilinin 75 yaşı tamamdır.

32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən ən yaşlı namizəd hazırki deputat Ağacan Abıyevdir. YAP-ın namizədinin 78 yaşı var-1937-ci ildə anadan olub.

33 Saylı Xətai Birinci Seçki Dairəsinin ən yaşlı namizədi Milli Məclisin deputatı Hüseynbala Mirələmovdur. O, 1945-ci ilin 25 iyununda anadan olub. YAP-ın namizədi olan Mirələmovun 70 yaşı yayda tamam olub.

50 saylı Abşeron-Qobustan Seçki Dairəsində ən yaşlı namizəd xalq artisti Zeynəb Xanlarovadır. O, 1936-cı ildə anadan olub və hazırda parlamentin deputatıdır.

61 Saylı Neftçala Seçki Dairəsində ən yaşlı namizədin 74 yaşı var. Bu Milli Məclisinin deputatı Arif Rəhimzadədir. Onun namizədliyi YAP tərəfindən irəli sürülüb.

66 saylı Biləsuvar Seçki Dairəsində ən yaşlı namizəd deputat Xanhüseyn Kazımlıdır. Sosial Rifah Partiyasının sədrinin 73 yaşı oktyabrın 1-də tamamlanıb.

72 saylı Yardımlı-Masallı Seçki Dairəsinin ən yaşlısı Lətifə Dadaşovadır. 70 yaşlı namizəd Yardımlıda peşə məktəbində müəllim kimi fəaliyyət göstərir.

85 saylı Şamaxı Seçki Dairəsinin ən yaşlı namizədi hazırkı deputat Elxan Süleymanovdur. Onun 75 yaşı var.

104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsi üzrə ən yaşlı namizəd YAP-ın deputatı Rafiq Məmmədhəsənovdur. Millət vəkilinin 70 yaşı var.

106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən ən qocaman namizəd İlyas İsmayılovdur. Ədalət partiyasının sədri və millət vəkili olan İsmayılov 1938-ci ildə anadan olub, 77 yaşı var.

113 saylı Şəki Şəhər Seçki Dairəsindən qeydə alınmış ən yaşlı namizəd Yaqub Mahmudovdur. 1939 təvəllüdlü Mahmudov hazırda Milli Məclisin üzvüdür.

116 saylı Qəbələ Seçki Dairəsi üzrə qeydə alınmış ən yaşlı namizəd Fəttah Heydərovdur. 77 yaşlı qocaman deputat bu dəfə də seçilmək niyyətindədir.

118 saylı Ağdam Şəhər Seçki Dairəsi üzrə ən yaşlı namizədin 73 yaşı var. Namizədliyini şəxsi təşəbbüsü ilə irəli sürmüş bitərəf Amil Quliyev təqaüdçüdür.

Qeyd: Namizədlərin təvəllüdü Mərkəzi Seçki Komissiyasının saytına istinadən göstərilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar