Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqtonun gələn həftə Cənubi Qafqaza səfəri başlayır
PİA.AZ-ın məlumatına görə, nazir 4-5 noyabr tarixlərində Bakıda görüşlər keçirəcək.
Danışıqlar zamanı ikitərfli münasibətlərin, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin diqqətdə olacağı bildirilir.
Nazir daha sonra Ermənistana səfər edəcək və orada prezident Serj Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyanla görüşlər keçirəcək.