Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dibi betonlanan ağaclar - Bu kimin fantaziyasıdır?


"Molokan" bağında cərgə ilə düzülən ağaclardan bəzilərinin dibi sementlənib


Bu parka nəzarət edən insanların məntiqi mənə çox maraqlıdır.

Son zamanlar ölkəmizdə yeni parkların salınması və mövcud parklarda yenidənqurma işlərinin aparılması intensivləşib. Bu parklardan biri də "Molokan" bağıdır. Hər ilin sonlarına doğru bağın ot örtüyü yenilənir, attraksionlar təmir olunur, rənglənir. İlk baxışdan bağdakı abu-hava, yaşlıdan cavana kimi  insanların istirahət üçün bura üz tutması, yeni bitkilərin əkilməsi göz oxşayandır. Bəzi park və bağlardan fərqli olaraq, burada yaşıllıqlara toxunulmayıb. Bir çox ağacların 70-dən çox yaşı var. Lakin bütün bu gözəlliyin birdə görünməyən tərəfi var...

Yəqin ki "görünməyən" gözəlliyi görənlər az olmayıb. Kimiləri gördükləri mənzərə qarşısında təəccübləniblərsə, kimiləri də gülərək keçirlər. Söhbətin nədən getdiyi yəqin maraqlıdır. 



Bu yaxınlarda dostlarla "Molokan" bağında oturmuşduq. Oturduğumuz skamya qollu-budaqlı ağaclardan birinə yaxın idi. Söhbət zamanı təsadüfən ağacın dibinə baxdığımızda gördüyümüz mənzərə qarşısında həm təəccübləndik, həm də güldük. Bu gülüş təbii ki, kinayəli gülüş idi. 

"Molokan" bağında cərgə ilə düzülən ağaclardan bəzilərinin dibi sementlənmişdi. Bu parka nəzarət edən insanların məntiqi mənə çox maraqlıdır. Ola bilər ki, yenidənqurma işlərini aparan  şəxslər "fantaziyaları"nı da işə salmaq istəyiblər amma bu bağın baş bağbanı, səlahiyyətləri insanları hara baxırdılar?! Ağacların dibini sementləyiblər, öz aləmlərində fərqlilik yaratmaq istəyiblər. Lap yaxşı. Bəs düşünmədilər ki, bu ağacların sulanması necə olacaq?! Nəzərə alsaq ki, hər gün park və bağlardakı yaşıllıqlar, ağaclar sulanır.  Dibləri sementlənmiş ağacları heçmi görmədilər? Və bir ağacın dibi niyə sementlənsin? Yəqin daşdan pul çıxarmağa adətkar olan bəzi məmurlarımız bu yolla ağacları qurudub kəsmək üçün başqa yol tapa bilməyiblər. 

Hər halda bu barədə əlaqədar təşkilatların mövqeləri hamı üçün maraqlı olardı.



Çox qəribədir, bir tərəfdən müəyyən məbləğdə vəsait ayrılıb xarici ölkələrdən ağaclar gətirilir, parklardakı və bağlardakı yaşıllığa xüsusi diqqət ayrılır,  digər tərəfdən isə əkilən ağacların dibləri sementlənir. 

Əgər ağaclara lazımlı, normal qulluq göstərilməyəcəksə, o vəsaitlər niyə ayrılır? Bu onu deməyə əsas verir ki, çox güclü "məntiq"ə sahib insanlarımız da var. Görünür, daşlaşmış bəzi qəlblər təbiəti də daşlaşdırmağa meyllidirlər. 

Gülşən Şərif
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Öpüşməyin əxlaq faciəsi – Kiçik xuliqanlıq

Sevgiyə görə yox, pula görə yaşamaq lazımdır

Beynəlxalq Bank, duz daşıyan dəvə və Azərbaycan xalqı...

Miçiqandakı ərəbləri cəhalətin pəncəsindən xilas etmək gərəkir…

Ən çox oxunanalar