Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dilənən cəmiyyət...


Hüseynbala Səlimov yazır


“Erməni baharı”ndan danışmaq tez olsa da Ermənistan yenə də qaynayır. İnsanlar hökumətin sosial siyasətinə etiraz edirlər. Bir tərəfdən onların etiraz etmək üçün imkanlarının olması, hökumətin onları öz etirazlarını bildirmək üçün gözdən-irizdən uzaq bir yerə göndərməməsi adamda bir az qibtə hissi doğurur... 

Amma bu, ilk baxışda belədir. Əslində isə elə orada da etirazlar elə də asan başa gəlmir-polis etirazçıları döyür, etirazları dağıdır, fəalları həbs edir... Bəli, ilk baxışda Ermənistanda höküm sürən siyasi sistem çoxuna daha mülayim görünür. Amma yenə də deyirik ki, bu, zahiri təəssüratdır. Düzdür, məsələn, Ermənistandakı seçkilər daha inandırıcı təsir bağışlayır, ən azı ona görə ki, orada 90 faizlik seçki nəticələri yoxdur...

Amma dərindən baxanda görürsən ki, bəzi parametrlərin bir az gözəgəlimli olması orada da həqiqi demokratiyaya deyil, onun daha məharətlə immitasiyasına dəlalət edir...

Bəli, Ermənistanda beynəlxalq siyasi konyunkturanı daha yaxşı duyurlar. Həqiqətə qaldıqda isə ölkə həqiqətən də demokratik olsaydı seçkiləri yalnız bir siyasi klanın-Ermənistanda deyildiyi kimi, kriminal Qarabağ klanının udması bir az çətin olardı...

Bəs bütün bu etirazların bir nəticəsi olacaqmı? Düşünmürük. Ona görə ki, ölkənin iqtisadi orqanizm kimi inkişaf etməsi üçün zəruri resursları yoxdur...
Diaspor da ümidləri doğrultmadı. O, da dırnaqarası “erməni soyqırımı” kimi layihələrə daha çox üstünlük verir, nəinki sosial-iqtisadi layihələrə. İndi isə bu diaspor yalnız öz soydaşlarına xaricdə mühacir statusu almaqda yardımçı ola bilir...

Əsrin əvvəllərində erməni millətçiləri deyirdi ki, biz erməni dövlətini bəyan etdik, onu qurmaq isə erməni kommunistlərinin işidir...

Amma belə getsə, erməni dövləti çətin ki, qurula. Ölkə artıq Rusiya üçün də  önəmini itirib. Üstəlik, Rusiyanın bir spesifikası var. Bu ölkə öz satellitlərinə faktiki olaraq heç nə verə bilmir. Onun dediyi budur ki, gəl, yanımda acından öl! Təsəvvür edin, hətta Avrasiya İttifaqı Ermənistana demək olar ki, maraq göstərmir...

Ermənistan da bu vəziyyətdən az qala akrobatlara xas üsullarla çıxmaq istəyir. 
Amma alınırmı? Bu yaxınlarda bir layihədən söhbət getdi və biz də elə dərhal ondan yazdıq...

Yəqin yadınıza düşər-Ermənistan-İran dəmiryolu xəttini deyirəm. İndi erməni siyasəti Rusiyaİran körfəzilə şirnikləndirmək istəyir və bunun üçün özünün növbəti xidmətini təklif edir...

Güman edirik ki, bu, da xülya kimi qalacaq, çünki Ermənistanın layihəni işə salmaq üçün heç bir resursu yoxdur. İran da təkcə donorluq etməyəcək...
Amma ermənilər düşünür ki, layihənin “geosiyasi çəkisi” o qədər böyükdür ki, o, mütləq Rusiyanı və Avrsiya İttifaqını maraqlandıracaq... 

Qoy, düşünsünlər. Arzulamaq günah deyil. Fəqət, reallıq başqa şeydir. Bəs Ermənistanı geriyə atan əsas səbəb nədir? 

Düşünürük ki, bu, Qarabağ münaqişəsidir. Əgər bu problem olmasaydı və Azərbaycanla normal münasibətlər qurulsaydı Ermənistandakı sosial-iqtisadi vəziyyət indikindən azı bir neçə dəfə yaxşı olardı...

Amma hətta cəmiyyət də bunu düşünmək istəmir. Onların da sanki gözləri tutulub, beyinləri dumanlanıb. Bəlkə də bu da bir əsrlik təbliğatın nəticəsidir-insanlara “böyük Ermənistan” haqqında xülyaları o qədər təlqin ediblər ki...

O səbəbdən də etirazlardan ciddi bir şey gözləmirik. Cəmiyyət, etiraz edən kütlə özünü elə aparır ki, sanki ölkənin elektrik tariflərindən savayı problemi yoxdur...
Amma ölkə özü az qala problemə çevrilib. Özləri özləri üçün problemdirlər. 
Qonşular üçün problemdirlər. Bölgə üçün problemdirlər...

Amma bunu başa düşmək sitəmirlər. Mən haradasa erməni siyasi elitasının problemlərə yanaşmasında, düşüncə tərzində rus siyasətçilərilə yaxınlıq görürürəm. Rusiya 70 milyardlıq hərbi büdcəsilə (ABŞ-ın hərbi büdcəsi bundan az qala 10 dəfə artıqdır!) dünyaya meydan oxuduğu kimi Ermənistan da cırtdan büdcəsi ilə bölgədə hegemonluğa can atır...

Yenə deyirik ki, çox şey istəmək olar. Amma əsas məsələ başqadır. 19-cu əsrdə X.Abovyan adlı erməni deyəsən, “Ermənistanın yaraları” adlı bir kitab yazmışdı. İndi erməni siyasətçiləri sanki o kitabın davamını yazmaqla məşğuldurlar-hər yerdə, hamının qarşısında ağlaşırlar...

İndi də etiraz edirlər... Olsun. Amma bir şeyi bilməlidirlər ki, nə vaxta qədər ki, ermənilər başqalarının torpaqlarını hədəfə götürəcəklər, gözləri onun-bunun ətəyində olacaq... (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar