Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dindarlar ateistlərdən daha çox yaşayır?


ABŞ-ın Ohayo Universitetinin alimləri xeyli müddətdir apardıqları maraqlı araşdırmanın nəticələrini açıqlayıblar


 “Social Psychological and Personality Science” jurnalında dərc edilən nəticələrə görə, dini inancı olan şəxslər ateistlərə nisbətdə daha çox ömür sürürlər.
Alimlər ABŞ-ın 42 ştatı üzrə minlərlə nekroloqu nəzərdən keçiriblər. Bu nekroloqlar vasitəsilə dünyasını dəyişən şəxslərin dinə münasibəti müəyyənləşdirilib. Məlum olub ki, uzun ömür yaşamış mərhumların arasında dindarlar üstünlük təşkil edir. Və dini inancı olanlar ateistlərə nisbətdə ortalama 5.64 il daha çox ömür sürür.

Alimlər bu yaş fərqini bir neçə səbəblə izah edir. Onlar bildirir ki, dindarlar daha aktiv həyat tərzi keçirir və sosiallaşmağa daha çox meylli, yalnızlıq hissindən isə uzaqdırlar. Bundan əlavə, mütəmadi dini mərasimlərdə iştirak, ibadət və dualar insanlara streslə mübarizədə xeyli köməklik edir. Bundan başqa, inanclı insanların zərərli vərdişlərdən də uzaq durduğu xüsusi qeyd olunur.

Əlbəttə ki, alimlərin bu nəticələri ilə razılaşmayanlar da az deyil. Onlar bu yaş fərqinin heç də bütün dindar və ateistlərə aid olmadığını, dindar olmadan da aktiv həyat tərzi keçirənlərin sayının çox olduğunu bildirirlər. Həmçinin qeyd edirlər ki, həyatın uzunluğunun kəmiyyət yox, keyfiyyətdə axtarılması daha düzgün olar. (azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar