Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dindarlardan “AAAF-İnşaat”la əlaqələrinə münasibət


Onlar Tofiq Heydərovla münasibətləri haqda mətbuata göndərilən xəbərlərdən danışdılar


Oktyabrın 1-də bir sıra mətbuat orqanlarına “AAAF-İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərovun fəaliyyəti və onun Xırdalanda inşa etdirdiyi “AAAF Park” yaşayış kompleksində baş verənlərlə bağlı məlumatlar göndərilmişdi. 

“Yeni Müasavat”a da daxil olan məlumatlar əsasında dünən ki, sayımızda “AAAF-İnşaat” MMC-nin rəhbəri haqda yeni şok faktlar” başlıqlı yazı dərc etmişdik. 

Həmin yazıda T.Heydərovun vəhhabilərlə və bəzi şiə dindarlarla əlaqələrindən bəhs olunurdu.

Qeyd edək ki,   bir müddət əvvəl mətbuatda “AAAF Park” yaşayış kompleksində əməliyyat keçirildiyi və kompleksin daxil olduğu “AAAF İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərovun saxlanıldığı barədə məlumatlar yayılmışdı. Bu əməliyyatın həm vergidən yayınma, həm də korrupsiya faktları ilə bağlı keçirildiyi bildirilirdi. Eyni zamanda T.Heydərovun radikal dini qruplarla, vəhhabilərlə əlaqələrinin olduğu qeyd olunurdu.

Oktyabrın 1-də mətbuata göndərilən məlumatda isə T.Heydərovun vəhhabilərlə yanaşı, bir sıra şiə dindarlarla da əlaqələrinin olduğu və onlara maliyyə dəstəyi də verdiyi bildirilirdi. Həmin yazıda adları keçən dindarlar redaksiyamızla əlaqə saxlayaraq məqalədə onlarla bağlı öz əksini tapan məqamlara dair mövqelərini bildiriblər.  Yazıda adı keçən ilahiyyatçı Zülfüqar Mikayılzadə bunları bildirib:  

“Əvvəla, onu qeyd edim ki, Tofiq Heydərovun vəhhabiliklə heç bir əlaqəsi yoxdur. O, şiə əqidəsinə malik olan bir şəxsdir. Bir yerli kimi mənim Tofiq Heydərovla əlaqəm olub, var və bundan sonra da olacaq. Şəxsən özüm onunla məsciddə namaz qılmışam və onun hansı əqidəyə malik olduğuna da şahidəm. Vəhhabi damğasını ona vurmaq ədalətsizlikdir.
Qaldı ki, guya, mən ondan 1 milyon dollar dəyərində xüms alaraq hansısa mitinq təşkil etmişəm və 2015-ci ilin parlament seçkilərində nəsə planlaşdıraraq bu pulları ora xərcləmişəm, bu, açıq-aydın yalandır. Bizim onunla heç bir maliyyə, xüms və bu kimi işlərə görə nə söhbətimiz, nə də ki, görüşümüz olub.

Qaldı ki, onunla görüşməyimizə, bəli, nə vaxt ki, mən yaşayış kompleksinə getmişəm, o zaman onunla görüşmüşəm. Bundan başqa, bizim heç bir mütəmadi görüşümüz baş tutmayıb.

Ev məsələsinə gəldikdə bəli, mənim də bir çoxları kimi həmin yaşayış kompleksində evim var. Lakin bunu mənə Tofiq Heydərov pay verməyib, özüm almışam. Əgər kiməsə maraqlıdırsa, qəbzləri də göstərə bilərəm”.

Yazıda adı çəkilən Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov isə bunları bildirib: “Oktyabrın 2-də qəzetdə dərc olunmuş "AAAF-İnşaat” MMC-nin rəhbəri haqda yeni şok faktlar" yazısında həqiqətə uyğun olamayan faktlar əksini tapıb. Mənim adımın hallandırılması və barəmdə yazlanlar bütünlüklə  uydurma və böhtan üzərində qurulub. Məqalədə mənimlə bağlı qeyd olunan məsələlərə görə öz şərəf və ləyaqətimin təhqir olunduğunu düşünür və sizdən bu barədə təkzib verilməsini tələb edirəm. Bu yazıda “KİV haqqında” Qanun təhrif olunub və faktlar birtərəfli şəkildə əksini tapıb. Məndən bu haqda münasibət öyrənilməyib”.

Bir daha bildiririk ki, sözügedən yazıdakı məlumatlar bir çox mətbuat orqanlarına göndərilib və biz həmin yazını bu məlumatlar əsasında hazırlayaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu bildirmişik.

Bu yazıda isə qeyd etdiyimiz kimi qarşı tərəfin mövqeyinə yer vermişik.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar