Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dini Komitə ilə QMİ arasında “ehsan qalmaqalı”


Mübariz Qurbanlı: “Yas mərasimləri hansısa israfçılığa gətirib çıxarmamalıdır”; Rəhimə Dadaşova: “Bu iş məcburi ola bilməz...”


Xəbər verdiyimiz kimi, hökumət uzun illər Azərbaycanda ictimai bəlaya çevrilən israfçı mərasimlərdən qurtulmaq üçün məcburi qaydalar tətbiq etməyə başlayıb. Artıq ölkə üzrə yerli icra orqanlarına yas məclislərinin sadə şəkildə, yemək süfrələri olmadan təşkil olunması ilə bağlı göstəriş verilib. Bununla bağlı ərazilər üzrə din xadimləri, yerli icra qurumlarına tapşırıqlar verilib.

Ötən gün məlum olub ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhərdə təmtəraqlı yas mərasimlərinin keçirilməsinə qadağa qoyub. Tapşırığa əsasən, MİS əməkdaşları ərazilərindəki xeyir-şər evlərini nəzarətə götürüb. Yas mərasimlərində yemək verilməsi qadağan edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda yas məclislərinin keçirilməsi ilə bağlı tənzimləmələrə toxunub. Komitə sədri bildirib ki, Azərbaycanda yas mərasimləri həddini aşmamalı, israfçılığa yol verilməməlidir: “Yas mərasimləri ilə bağlı Azərbaycanın milli adət-ənənələri var. Milli adət-ənənələrimiz zaman-zaman mövcud olub, lakin onlar ehkam deyil, adət-ənənələr də zamana uyğun olaraq dəyişikliyə məruz qalır və bu da təbii prosesdir. Bunlar dinimizin tələblərinə uyğun edilməlidir”. Komitə sədri qeyd edib ki, QMİ Qazılar Şurasının ayrıca fətvası var və orada da yas mərasimlərində israfçılıq edilməməsinə çağırış olunub: “Ümumiyyətlə, bu məsələ ictimaiyyətin və medianın diqqət mərkəzindədir. Mən əminəm ki, ictimaiyyət də, media da bu yöndə düzgün təbliğat aparacaq və biz yas mərasimlərini həm milli adət-ənənələrə uyğun, həm də hansısa israfçılığa yol vermədən keçirməyə nail olacağıq”.

Əslində yas məclislərində israfa yol verilməsi, bahalı süfrələrin təşkil olunmasına son qoyulması ilə bağlı çağırışlar daha əvvəllər də səslənib. Ancaq indi o da məlum olub ki, hökumətin rəsmi qadağasına baxmayaraq QMİ-nin mərasim zallarında hələ də yemək süfrələri açılır. Bunu “Yeni Müsavat”ın  “Təzəpir” məscidinin nəzdindəki mərasim zalında olan əməkdaşı da müşahidə edib. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, QMİ ehsan məclisləri ilə bağlı göstəriş vermək səlahiyyətində deyil: “Biz dini idarə olaraq yalnız tövsiyələr verə bilirik. ”Təzəpir" məscid kompleksində yerləşən ehsan zalları ayrı-ayrı iş adamlarına icarəyə verilib. Biz onların işlərinə qarışa bilmirik. Biz orda divara yazıb vurmuşuq. Böyük hərflərlə QMİ Qazılar Şurasının ölü sahibi üçün vacib olan və olmayan əməllər qeyd olunub. İsrafla bağlı məsələlər qeyd olunub. 

Bizim fikirlərimiz orda yazılıb. Onlara da bu məsələlər izah olunur. Sadə ehsan süfrəsi təklif olunur. Ancaq məclis sahibi əlavə yemək sifariş edəndə artıq mərasim zallarını işlədənlər bundan imtina edə bilməz. Bu iş məcburi ola bilməz". 

R.Dadaşova deyir ki, israfçı mərasimlərdən imtinaya çağırışlar olsa da, kimsə konkret olaraq qabağa düşüb birinci olmaq istəmir: “Təəssüf ki, əmələ gələndə heç kim birinci olmaq istəmir. Biz qadağa qoysaq da bunun nəticəsi olmayacaq. Bunun üçün insanların fikriləri dəyişməlidir. İnanıram ki, hökumətin bu yöndə qərar verməsi müsbət nəticə verəcək”. QMİ yetkilisinə görə, qadağanın aradan götürülməsi zaman alacaq, çünki insanlar illər ərzində davam edən adətlərdən imtina etmək istəmir: “Ümumiyyətlə, adət-ənənələr ətalətli sahə hesab olunur, burda dəyişiklik aparmaq çətindir. Ancaq indiki şəraitdə QMİ-nin bu yöndə çağırışları, eyni zamanda hökumətin bu istiqamətdə addımları bu adətlərdən imtina üçün zəmin yaradır. Bu sahədə ildırım sürətilə hansısa nəticəyə nail olmaq çox çətin məsələdir”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar