Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dini icmalar nəzarətə götürülür


Bir sıra məscidlərin axund və imamları dəyişdirilir, radikal qruplar məscidlərdən çıxarılacaq


Azərbaycan hakimiyyəti dini icmalar üzərində nəzarəti daha da gücəndirməyə hazırlaşır. Son zamanlar radikal dini qruplarla bağlı yaranan ajiotajın fonunda hökumətin qeyri-ənənəvi müsəlman icmalarına qarşı sərt mövqe nümayiş etdirdiyi hiss olunmaqdadır. Yanvar ayında ölkədə radikal qruplarla bağlı təhlükə ictimailəşdikdən sonra hakimiyyətin bu qruplara qarşı ciddi addımlar atacağı haqda “Yeni Müsavat”da yazılar dərc olunmuşdu. Bizə çatan məlumatda bildirilirdi ki, hakimiyyət güc strukturları ilə birgə radikal dini qrupların fəaliyyətinin qarşısının alınması, onların məscidlərdə fəaliyyətinin qarşısını alınması, ən əsası xarici ölkələrə döyüşçü göndərən, gizli şəkildə təşkilatlanma həyata keçirən qruplar ifşa olunacaq.

Ancaq o zaman bu fəaliyyətin necə qurulacağı, hansı formada haqda dəqiq məlumat verilmirdi. Yalnız Şeyxin Suriyadakı savaşla bağlı məlum fətvasında bu qruplara qarşı radikal addımlar atılacağını bəyan etdi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə ölkə boyunca radikalizmə qarşı seminarlar keçirməyə başladı. İndi isə artıq yeni strategiyanın əlamətləri görünür. Belə ki bir neçə gün əvvəl QMİ açıqlama yayaraq ölkədə “nurçuluq”, vəhhabilik, xəvariclik, təkfirçilik cərəyanlarının qanunla qadağan olunması və onları təbliğ edənlərin hüquq-mühafizə orqanları qarşısında cavabdehlik daşıması barədə iddia qaldırdığını bəyan edib.

Bunun eyni vaxtda Prezident Administrasiyasının şəbə müdiri Əli Həsənov mətbuata açıqlamasında radikal dini qruplardan danışıb. Sitat: “”Dini müdaxilə, missionerlik, insanları öz inanclarına uyğun məzhəblərə ayırmaq yolu ilə onların fəaliyyətinə təsir göstərmək istəyən qüvvələr mövcuddur. Bunlar Azərbaycanda da var. Ölkəmizin müvafiq dövlət qurumları belə hallarla bağlı lazımı işləri aparırlar”.

Qeyd edək ki, artıq son bir həftədə hüquq-mühafizə orqanları Bakıda və bölgələrdə bir neçə “nurçu evləri”ndə həbslər həyata keçirib, çoxlu sayda insan həbs olunub. Bundan başqa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakıda və bölgələrdə radikal dini qrupların nəzarətində olan məscidlərdə “içəridən təmizləmə” aparıb. Radikal görüşlü dindarların nəzarətində olan məscid və icmalarda yoxlamalar həyata keçirilib və bir çox hallarda icmaların tərkibi, eləcə də imamlar yeniləri, mötədil görüşlü gənc imamlarla əvəzlənib. Müşfiq qəsəbə məscidi, Şamaxı Cümə məscidi (2013-cü ildə təmirdən sonra istifadəyə verilib - K), Xaçmaz məscidi, İsmayıllı kənd məscidi və sair kimi icmaların axund və imamları yenidən təyin olunub. Müşfiq qəsəbəsində isə axund işdən uzaqlaşdırılıb, formalaşdırılan yeni icmaya isə köhnə üzvlərin böyük əksəriyyəti daxil edilməyib.  

Bu həftənin əvvəlində isə DQİDK rəsmi açıqlama yayaraq ölkədəki dini icmalarda yeni yoxlamaların başladılacağını bəyan edib. Görünən odur ki, hökumət bununla bütün ölkə boyu şübhəli və nəzarətdən kənarda qalan, xüsusən də radikal fikirlər təbliğ edən cərəyanların fəaliyyətini məhdudlaşdırmağa çalışır. Son illərin təcrübəsi göstərdi ki, bu cür gizli cərəyanlar məscidlərdə yerləşdikdə daha sürətlə yayılır və tərəfdarlarının sayını artıra bilir. Aprelin 16-da İçərişəhər Aşur məscidində fəaliyyət göstərən “Samur dindarları” Dini İcmasının keçirdiyi mətbuat konfransı da məhz bu dalğa ilə bağlı yaranmış narahatlıqla əlaqədar idi. Məsələn, konfransda çıxış edən icmanın hüquqşünas üzvü Elman Osmanov bildirib ki, Aşur məscidinin qeyri-qanuni fəaliyyət göstərməsi barədə məlumatlar doğru deyil. “Biz heç də cəmiyyətdən təcrid olunmamışıq. Biz dövləti, hakimiyyəti dəstəkləyən, öz yolumuzda olan, əhli sünnəyik. Salyanda bizim tərəfdarlarımıza qarşı kobudluq edilib. Biz qəbul edirik ki, Azərbaycanda daha çox şiəlik yayılıb, amma sünnilər də azlıq təşkil etmirlər” – deyə icma üzvü bildirib.

İcmanın sədri Faiq Mustafa isə Qafqaz Müsəlmanları İdarəsini (QMİ) icmanın qeydiyyata alınması üçün rəy verməməkdə ittiham edib: “Hesab edirik ki, QMİ tərəfindən guya məscidimizin qanunsuz fəaliyyət göstərməsi ilə bağlı irəli sürülən bütün iddialar əsassızdır. Biz dəfələrlə QMİ-yə müraciət etsək də, onlar tərəfindən heç bir müsbət cavab almamışıq”.
 
Maraqlıdır ki, icma nümayəndələri inkar etsələr də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ilki sədri Rafiq Əliyev APA-ya açıqlamasında məscidlə QMİ arasında anlaşılmazlığın 10 il əvvəl də mövcud olduğunu deyib. Sitat: “Həmin məsciddə qeydiyyatdan keçmiş dini icma vardı, amma həmin icma yenidən qeydiyyatdan keçmədi. Onlar qeydiyyatla bağlı sənədləri o vaxt də təqdim etməmişdilər. Bu, çoxdankı söhbətdir. Qafqaz Müsəlmanları İdarəsi ilə aralarında axundun təyin olunması ilə anlaşılmazlıq var. Ona görə də o məscid bir dəfə bağlandı, sonra açıldı, yenə bağlandı. Onlarla Qafqaz Müsəlmanları İdarəsi arasındakı anlaşılmazlıq yalnız axundun təyin edilməsi ilə bağlıdır, mətbuat konfransında nə deyiblər, bilmirəm”.

Belə görünür ki, icma QMİ ilə uun illərdir davam edən anlaşılmazlığın yenidən gündəmə gətirilməsinin hansı nəticələr verəcəyini bildiyi üçün narahat olmağa başlayıb. Hökumətin apardığı icmaların yoxlanılması prosesində QMİ-nin rəy vermədiyi (hazırkı qaydalara əsasən müsəlman dini icmalarında axund və imamların təyinatı, eləcə də icmanın qeydiyyatı üçün QMİ razılıq məktubu verməlidir - K) icmalar üçün hüquqi problemlər yenidən başlayacaq. Aydın məsələdir ki, yanvarın 28-də QMİ-də keçirilən toplantıda idarənin nümayəndəsi qanunlara tabe olmayan və barəsində şikayət olan iki əsas məscidin adını çəkmişdi. Bunlardan biri Müşfiqabad (orda artıq vəziyyət dəyişib - K), digəri isə İçərişəhər Aşur məscidi idi. Görünür, icma başadılan yeni təftiş dalğasının onlardan yan keçməyəcəyi haqda məlumatlı olduğu üçün mətbuat konfransı keçirməyə qərar verib. Ancaq bu dalğanın təkcə bir məscidi əhatə edəcəyi inandırıcı deyil. Görünən odur ki, ölkə boyunca dövlət nəzarətindən kənarda fəaliyyət göstərən bütün icmalar ya ləğv olunacaq, ya da nəzarətə götürüləcək.

Xatırladaq ki, Azərbaycanda dini icmaların yeni formada qeydiyyata alınması prosesi 2001-ci ildə DQİDK yarandıqdan sonra başlayıb. Ancaq Hidayət Orucov komitəyə sədr təyin olunduqdan sonra 2009-cu ildə dini icmalarla bağlı qanunlar dəyişdirilib və icmalar təkrar qeydiyyata alınıb. Hökumətin nəzarətində olmayan icmaların qeydiyyatının ləğv olunması, müxalif fikirli axund və imamların məscidlərdən uzaqlaşdırılması prosesi o zaman baş verib. Həmin vaxt ölkə boyu bir çox şiə məscidlərində axundlar məscidlərdən uzaqlaşdırılıb.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar