Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dini kəbinə ehtiyac varmı?



Kişi ilə qadın bir-biri ilə evlənməyə qərar verdikdə İslama görə, onların arasında kəbin kəsilməlidir


Ailə qurmağa qərar verən kişi və qadın aralarındakı münasibəti necə rəsmiləşdirməlidirlər? Ölkəmizdə nigahın rəsmi dövlət qeydiyyatına alınması tərəflərin ər-arvad olduğunu hüquqi baxımdan təsdiq edir. 

Bundan əlavə, İslam dinində nigahın təsdiqlənməsi üçün dini kəbin vacib şərtdir. Hazırda ailə quran şəxslər bu iki şərtdən hər ikisinə əməl edərək, həm rəsmi nigaha daxil olur, həm də kəbin kəsdirirlər. 

Bəs, görəsən, kəbinin mahiyyəti nədir, kəbin oxunarkən hansı sözlər deyilir? Rəsmi nigah dini kəbini əvəz edə bilərmi? 

Kəbinin mahiyyətini açıqlayan ilahiyyatçı Elşən Mustafaoğlu deyir ki, İslam şəriətində şərtdir ki, ailə qurulduqda tərəflər nikah əqdi oxusunlar - yəni qadın həmin kişiyə ərə getdiyini, kişi də onu aldığını dilləri ilə iqrar etsinlər: 

“Ailə qurduqlarını izhar etsinlər. Bu zaman tərəflər arasında mehriyyə də müəyyən edilir və əqddə qeyd edilir. Mehriyyə - nikah əqdinin bağlanması ilə kişinin malından, pulundan, mülkündən qadına verilən bir paydır. Bunun konkret miqdarı yoxdur və tərəflərin özləri öz imkanları daxilində bunu müəyyən edirlər. Həmin miqdar da əqd bağlandıqdan sonra artıq qadının olur.

Kişi ilə qadın bir-biri ilə evlənməyə qərar verdikdə İslama görə, onların arasında kəbin kəsilməlidir. Yəni nihahın bağlanması vacibdir. Bu zaman tərəflərin bu nikaha razı olmaları başlıca şərtlərdəndir. Əgər tərəflərdən biri, yaxud hər ikisi bu evliliyə razı deyilsə, onda onlar arasında bağlanan əqdin  heç bir qüvvəsi olmur. bu cür  kəbin batil sayılır. Əslində, kəbini kişi ilə qadın özləri kəsməlidir. Yəni tərəflər Allah qarşısında bir-birilə ailə qurduqlarını dilə gətirməklə əqd bağlamalıdırlar. Amma əgər bunu edə bilmirlərsə, onda onların kəbinlərini başqası da kəsə bilər. Bu zaman hər ikisi də kəbin kəsə bilən birini vəkil edir, o da kəbinlərini kəsir. Kəbində əqd ərəb dilində oxunur. Ərəb dilində oxutdurmaq mümkün olmadıqda, onlar kəbinin duasını öz dillərində də oxuya bilərlər. Bu şərtlə ki, İslam qaydasına görə ərəbcədə müəyyən edilmiş məna tam ifadə edilsin”.

Bəs, hazırki dövrdən hökumət nigahı ilə qanuni ər-arvad olan cütlüklərin dini kəbin kəsdirməsinə ehtiyac varmı? Rəsmi nigah kəbini əvəz edirmi? 

Bu suallara cavab verən Hacı Şahin Həsənli bildirir ki, bilərəkdən dini kəbinsiz olan ailədə doğulan körpə halalzadə hesab olunmur: “Dövlət nikahı hüquqi bir prosesdir. Yəni hüquqi münasibətləri tənzimləyir. Amma dini kəbin də kəsilməlidir. Bundan xəbəri olmadan qurulan ailələr qanuni ailə sayılır. Onu da deyim ki, dini kəbinsiz ailədə doğulan körpə zinadan olan körpələr sayılmır. Zina məqsədli və qeyri-qanuni cinsi münasibətdir”.

Bəs, görəsən əksəriyyəti müsəlman olan Azərbaycan vətəndaşları rəsmi nigahla yanaşı, dini kəbin də bağlayırlarmı? 

Şəhər sakinləri arasında apardığımız sorğudan bəlli oldu ki, bu məsələdə həssaslıq var və demək olar ki, hər kəs buna əməl edir. 

Paytaxt sakinlərinin bu haqda maraqlı fikirlərini aşağıda təqdim etdiyimiz videodan izləyin. (Musavat.com)



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar