Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dini radikalizmdən xilas üçün üç şərt – Şərh


“Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində çıxış edərkən ölkəmizdə dinə dövlət qayğısından bəhs etdi, Azərbaycanda müxtəlif dinlərin birgəyaşayış məsələlərinə toxundu”


“Cənab Prezident bildirdi ki, Azərbaycan dövləti dini məsələlərin həll olunmasına daim köməklik göstərir. Azərbaycanda din dövlətdən, dövlət də dindən ayrıdır. Amma onların ikisi bir yerdədir”.

Bunu Prezident İlham Əliyevin iyunun 20-də Qafqaz Müsəlmanları İdarəsində müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimindəki nitqinə münasibət bildirən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, Azərbaycandakı din-dövlət münasibətləri demokratik hüquqi dövlətdə din-dövlət münasibətlərinin ən gözəl nümunələrindən biri kimi meydana çıxır: 

“Cənab Prezident dini mədəniyyəti, dini mənəviyyatı Azərbaycanın milli mədəniyyətinin əsas komponentlərindən biri kimi səciyyələndirdi. Onların hər ikisinin çox dəyərli olduğunu qeyd etdi. Dövlət başçısı hazırkı mərhələdə dünyada gedən qlobal proseslər kontekstində bir daha ölkəmizdəki dini tolerantlığı, multikulturalizmi önə sürərək bildirdi ki, biz hələ mədəniyyətlərarası dialoq təşəbbüsü ilə çıxış edən zaman dünyada dinlərarası münasibətlər bu qədər riskli, radikalizm bu qədər yüksək həddə deyildi. Azərbaycanın vaxtilə bu prosesi başlatması bir növ hadisələri qabaqlaması və preventiv tədbirlərin görülməsi ilə bağlı atılan addım kimi qiymətləndirilə bilər. Çünki hazırda sivilizasiyaların qarşıdurması kimi təqdim olunan beynəlxalq münasibətlərdə müəyyən keyfiyyət dəyişikliklərinin baş verməsində bir sıra hallarda din faktoru önə çəkilir. Ancaq 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi İslam dünyasında dialoqun, qarşılıqlı əməkdaşlığın son dərəcə mühüm olmasından irəli gələn aktual məsələlərdir. 

Cənab Prezident regionda, beynəlxalq münasibətlərdə dinlərarası münasibətlərin məhz dialoq və əməkdaşlıq müstəvisinə transfer olunması üçün Azərbaycanda həyata keçirilən tədbirlərdən danışarkən bir daha mədəniyyətlərarası dialoq forumuna toxunaraq qeyd etdi ki, biz bir sıra ənənəvi stereotipləri qıraraq yeni davranış platforması yarada bildik. Düşünürəm ki, Azərbaycanda gedən proseslər müasir mərhələdə dini özünüdərkin yeni keyfiyyətdə təzahürünün göstəricisidir”.

H.Babaoğlu Prezident İlham Əliyevin çox yaxşı bir düstur ifadə etdiyini vurğulayıb: “Həmin düstur dini radikalizmə qarşı mübarizədə effektiv vasitə ola bilər. Prezident qeyd etdi ki, dini radikalizmi yaradan səbəblərin başında sosial ədalətin pozulması, maddi rifahın olmaması və savadsızlıq dayanır. Həqiqətən də, bu üç komponent universal model kimi dini radikalizmin mövcud olduğu bütün cəmiyyətlərə tətbiq oluna bilər. Bu üç şeydən xilas olunsa, dini radikalizm də olmaz. Mən dini radikalizm deyərkən həm xristian, həm də müsəlman dünyasındakı dini radikalizmi nəzərdə tuturam. Hansı dinin hakim olduğu cəmiyyətdə radikalizmin mövcud olmasından asılı olmayaraq cənab Prezidentin təklif etdiyi üç komponentə söykənən model – sosial ədalət, maddi rifah və savadlılıq məsələləri universal model kimi istənilən cəmiyyətə tətbiq oluna bilər”. (teleqraf.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar