Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Diplom satan, seçicidən qaçan “millət vəkili“


Millət vəkili Bəxtiyar Əliyev yenidən yenidən deputat olmaq istəyir


Əsgərlikdə olanlar bilir. Deyirlər, formanı bir geyinəndə sevinirlər, bir də çıxaranda. İndi bizim millət vəkilləri bir seçiləndə əl-ayağa düşürlər, bir də yenidən seçilmək istəyəndə. Arada qalan müddətdə isə ancaq vəkillik edirlər, millətdən xəbərsiz ətərsiz.

Ölkə.az-a daxil olan məlumata görə, yenidən deputat olmaq istəyənlərdən biri də, Ağdamı hazırda Milli Məclisdə təmsil edən Bəxtiyar Əliyevdir.

Bəxtiyar Əliyevin millət vəkilliyindən əlavə AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Psixologiya Kafedrasının müdiri vəzifələrini daşıyır.

Bəxtiyar Əliyev millət vəkilliyindən əlavə saxta diplom satan kimi də yadda qalıb. O Sankt-Peterburq Xarici Əlaqələr, Hüquq və İqtisadiyyat Universitetinin Bakı filialını yaradıb. Yaratdığı filiala rəhbərlik edib. Həmin bu müddət ərzində 7 minə yaxın tələbəyə saxta diplom satıb. Bu mediaya məlumdursa, yəqin ki, hüquq-mühafizə orqanlarına da məlumdur. Sadəcə deputat mandatı çox şeyi həll edir...

Əməkdaşlarımızın Ağdam sakinləri ilə söhbəti zamanı məlum olub ki, onlar Bəxtiyar Əliyevin yalnız adını eşidib və bir də şəkilini görüblər. Bəxtiyar Əliyev hətta seçkilər zamanı belə Ağdam camaatı ilə heç bir görüş keçirməyib. Bəxtiyar Əliyevin Ağdamda tanıdığı yer Ağdam rayon icra hakimiyyəti, tanıdığı ağdamlılar isə rayonun icra başçısı və digər vəzifəli şəxsləridir.

2010-cu il parlament seçkiləri zamanı baş verən bir hadisə isə artıq ağdamlılar arasında lətifəyə çevrilib. Ağdamdan deputatlığa namizəd olan Bəxtiyar Əliyev Çəmənli kəndinə gəlib seçicilərlə görüş keçirmək istəyib. Kəndin ağsaqqalları ondan soruşurlar ki, bəs siz kimsiniz? Bəxtiyar Əliyev cavab verir ki, ötən seçkilərdə Ağdamdan deputat seçilmişəm və bu dəfə də yenidən Ağdamdan namizədliyimi vermişəm. Ağsaqqallar kəndin cavanlarına işarə edirlər və kəndin cavanları deputatı daşa basırlar. Bəxtiyar Əliyev maşınına minir, bir xeyli uzaqlaşır, sonra yenidən maşını geri sürdürüb pəncərədən başını çıxardaraq deyir ki, "Baxarsınız, sizin acığınıza hər il Ağdamdan deputat seçiləcəm!". Sən demə artıq 2005-ci ildən Ağdamın Milli Məclisdə deputatı olan Bəxtiyar Əliyev parlament seçkilərinin neçə ildən bir keçirildiyini belə bilmirmiş. Əks təqdirdə Çəmənli sakinlərinə "acığınıza hər il Ağdamdan deputat seçiləcəm!" deməzdi.

Konstitusiyanın birinci maddəsinə görə, hakimiyyətin mənbəyi xalqdır. Parlament qanununverici hakimiyyətdir və millət vəkilləri seçkilər yolu ilə seçilir. Millət vəkillərini xalq seçirsə, xalqın tanımadığı, istəmədiyi biri parlamentdə necə otura bilir?

Ağdam rayon sakinləri ilə keçirilən sorğu zamanı sakinlərin Bəxtiyar Əliyev haqqında fikirləri belə oldu:

"Deputatımızı tanımıram, gəlmir, getmir, camaatla maraqlanmır", "Deputatımızı ancaq televizorda görmüşük. Millət vəkilləri seçkilər zamanı gəlir, sonra bir də üzünü növbəti seçkilərə qədər görmürük. Gəlib maraqlanmır seçiciləri ilə", "Deputatımızı tanımıram, tanımaq belə istəmirəm".

Məsələnin maraqlı tərəfi ondadır ki, Bəxtiyar Əliyev bu qədər tanınmadığı, bələd olmadığı və istənmədiyi yerdən yenidən namizəd olmaq istəyir.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar