Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dissident Nemtsovun faciəsi



Rusiyada post-Yeltsin dönəminin ən parlaq siyasi xadimi və demokratı, Putinin əsas opponenti Boris Nemtsov vəhşicəsinə aradan götürüldü


Mən də o qənaətdəyəm ki, bu, Rusiya hakimiyyətinin işidir, cinayətin baş verdiyi yerdən cəmi 100 metr o tərəfdə yerləşən Kremlin siyasi sifarişidir. Ən azından Rusiyada indiki rejimin başçısı hər cür şərait yaratdı ki, 1 nömrəli rəqibi fiziki cəhətdən yox edilə bilsin.

Qətlin Kreml divarları yaxınlığında törədilməsinin özü də obıvatelə, ictimai rəyə hesablanmış aldadıcı və simvolik gedişdir, izi azdırmaqdan savayı bir şey deyil. O məntiqlə ki, Putin niyə də rəqibini Moskvanın mərkəzində aradan götürdüb şübhəni öz üzərinə salmalı idi ki. Məsələ də ondadır ki, bu, elə tipik KQB-sayağı terrordur və çekist Putinin dəst-xəttinə çox oxşayır. 
Ümumiyyətlə, Putinin hərəkətlərində ağıllı adamlar çoxdan məntiq axtarışını dayandırıblar. Onun suveren Ukraynaya münasibətdə qaba davranışı, XXI əsrdə orta əsrlərə xas işğalçılığı və ilhaqçılığı kimin ağlına gələrdi ki. Yaxud 300 nəfərin ölümü ilə nəticələnən Malayziya sərnişin təyyarəsinin vurulması sifarişini boyunlarına  aldılarmı?

Nemtsovin qətlini sifariş verənlər də tapılmayacaq. Ola bilsin killer daha həyatda yoxdur. Artıq bu yöndə xəbərlər gəlməkdədir. Fakt budur ki, üstündən 5 gün ötsə də, cinayət işinin isti izlərlə açılması şansı buraxılıb. Necə olur, Moskva metrosunda, Şimali Qafqazda hansısa terror hadisəsinin üstü cəmi 1-2 günə açılır, amma ölkəni və dünyanı silkələyən, Putinin üzərində guya ləkə kimi qalacaq siyasi terror olayı açılmamış qalır?!

İstintaq işinin şəxsən Putinin nəzarətində olması da cinayətin ört-basdır edilməsinə, yaxud ən yaxşı halda, Kremldən kənar versiyaya (çeçen-filan, biznes motivi, islam amili və s.) yüklənməsinə xidmət edəcək. Adam öz-özünü ifşa edəsi deyil ki? Rusiyada, Putin dönəmində hansı siyasi qətlin üstü açılıb ki? 

Sifarişçi “tapılmayacaq” həm də o səbəbə ki, bu vəziyyət Putin haqda “hər şeyə qadir fövqəlgüc” imicini gücləndirir, rejimdən narazılarda xof, demokratik müxalifətin olan-qalan kəsimində qorxu hissini artırır. Razılaşaq ki, hər cür mənfi nəticələrə rəğmən (guya özünün və ölkənin demokratik imici Putini çox maraqlandırırmış), belə durum Kreml başçısına əl verir. 

Unutmayaq ki, sanksiyalardan dolayı iqtisadi durumun get-gedə pisləşməsi Rusiyada etirazları gücləndirməkdə idi. 28 fevral terroru daxildə narazı xalqa və qərbyönlü müxalifətə bir güc nümayişi kimi, daxildəki və xaricdəki rəqiblərə dərc vermək baxımından Putin rejiminin işinə əla yarayır... 

Bu, artıq siyasət deyil. Bəzən deyirlər, güclü siyasətçi özünə olan fiziki təhdidləri də hesablamağı bacarmalıdır. Qətiyyən. Güllənin, tank-topun işə düşdüyü yerdə siyasət artıq bitir. Putin də güclü siyasətçi-filan deyil əsla, sadəcə, güclü diktatordur. 

Diktatorların heç biri siyasətçi deyil. Onların hamısının bir siyasəti olur - zorakılıq, (hərbi) güc. Güclü siyasətçi ictimai rəylə hesablaşandır, seçkiləri saxtalaşdırmayan, fərqli fikirdən qorxmayandır. Saxta seçkilərlə, zor aparatı hesabına hakimiyyətdə qalmaq hünər, siyasət deyil. Hünərin var, rəqabətli, bərabər şəraitdə, seçki yarışında rəqiblərinə qalib gəl və xalqın rəğbəti ilə hakimiyyəti qazan. Bunu bacarmırsansa, seçkiyə hiylə qatmaqla iqtidarda qalırsansa, demək, güclü siyasətçi yox, gücün siyasətçisisən, gücün parlaq nümayəndəsisən.

Bəyəm əsas rəqiblərini terror yolu ilə, repressiyalarla bir-bir aradan götürən Stalin siyasətçi idi? Xeyr. Bunu onun yerində istənilən şəxs edə bilərdi. Hitler siyasətçi idimi ki? Şimali Koreyanın hazırkı ədabaz gənc rəhbəri, hakimiyyəti atasından miras kimi qamarlamış Kim Çen In da siyasətçi deyil təbii ki.   

Sözü ona gətiririk ki, totalitar, diktatura rejimli, hətta avtoritar üsul-idarəli ölkələrdə klassik mənada siyasət, siyasi rəqib söhbəti olmur. Şah, padşah (çar) və onların vəzir-vəkilləri, saray əyanları olur, bir də rəiyyət və tək-tük dissident(lər).

Nemtsov da müxalif siyasətçidən çox, dissident idi və o üzdən öz aqibətini bilirdi, onu öncədən söyləmişdi də. Dediyi oldu. Çünki məkrli, heç bir oyun qaydaları tanımayan və hərəkəti proqnoza yatmayan, tərifdən savayı heç nə xoşlamayan klassik diktatora qarşı dissidentlik edirdi, ona qarşı açıq müxalifətdə idi. 

Putin prezident yox, çardır. Dissident Nemtsovun faciəsi də bunda idi. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar