Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Doğuş zamanı daha bir körpə ölümü



Cəlilabadda ana olan gənc qadının sevinci göz yaşları ilə əvəz olub


Körpəsinin dünyaya gəlməsinə yalnız iki gün sevinə bilib. 

Bu həyata gözlərini əbədi yuman balacanın cansız bədənini görmək ailə üzvlərinə çox ağır olub. Onlar uşağın ölümündə həkimləri günahlandırır. Ağxalatlılar isə əllərindən gələni etdiklərini bildirir.

PİA.AZ ANS TV-ə istinadən xəbər verir ki, Cəliabad rayonun Fərzili kəndində Şükürovların ilk övlad sevinci cəmi ikicə gün çəkib. İki gündən sonra körpənin ölümü və ananın ağır durumu ailə üzvlərini həkimlərdən şikayətçi salıb.

Şikayətçi Yəhya Adıyev deyir ki, doğuşdan qabaq həkimlər onun yoldaşını yoxlamayıblar: "Həkimlər onu aparata da salmayıblar. Doğuş zamanı uşağı əziblər. Doğuş çətin olub. Uşaq ölü vəziyyətdə olub. Sonra uşağı ayıldıblar. Gecə uşaq həkimi çağırmayıblar. Səhəri günü həkim gəlib müalicə yazıb, xeyri olmayıb".

29 yaşlı ana Gülər Şükürova körpəsinin ölmündə mama-ginekoloqları günahlandırır. Deyir ki, doğuş əgər ağır idisə, niyə vaxtında qeysəriyyə əməliyyatı eləmədilər və ya doğulan uşağı müalicə edə bilməyəcəkdilərsə, niyə paytaxta aparmağa qoymadılar?.

"Uşağın ölümündə günahkar həkimdir. Məni də uşağımı da bu günə qoydu".

Məsələyə aydınlıq gətirmək üçün doğuşun həyata keçirildiyi Cəliabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində olduq. Şöbə müdiri Dilbər Əhmədova və ailənin şikayətçi düşdüyü mama-ginekoloq Lətifə Əliyeva işdə olmadığından məsələ ilə bağlı baş həkimin müavini Valeh Məmmədov açıqlama verdi.

Həkimin sözlərinə görə, çəkisi 3kq 800 qram olan oğlan uşağının doğuşu ağır kecdiyi üçün aparılan reanimasion tədbirlər heç bir nəticə verməyib. Uşağın ölməsindən hiddətlənən valideynlər heç kəslə razılaşmadan ananı və uşağı götürüb evə aparıblar. Amma baş həkimin müavini deyir ki, növbətçi həkimin məlumatından sonra dərhal kənddəki tibb bacısı, bazar günü isə təcili yardım maşını ilə mama-ginekiloq onların evinə göndərilib və zahı qadının səhhətində heç bir problem yoxdur.

"Uşağın ölümünə asfiksiya və beyin ödümü səbəb olub. Bu şikayəti biz özümüz araşdıracağıq. Tibb işçiləri barədə ciddi tədbir görüləcək, onlara cəza veriləcək. Görülən tədbir barədə əlavə sizə məlumat veriləcək", deyə V.Məmmədov bildirib.

Görülən tədbir isə çətin ki ölən körpəni dünyaya qaytara bilə.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar