Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Doğuşda ölən anaya görə həkim işdən uzaqlaşdırılıb


İsmayıllı rayonunda baş verən ana ölümü faktı ilə bağlı həkim cəzalandırılıb


İsmayıllı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Abdullətif Maqsudov APA-ya bildirib ki, doğuşu həyata keçirən mama-ginekoloq Məlahət Hüseynova tibbi şuranın qərarı ilə 6 ay müddətinə işindən uzaqlaşdırılıb.

A.Maqsudovun sözlərinə görə, 31 yaşlı Afət Ağayevanın hamiləliyinin gedişi və doğuş normal keçib. Onun çəkisi 3 kiloqram 500 qram, boyu 52 santimetr olan qız uşağı dünyaya gəlib. Körpə müalicə üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib və hazırda onun vəziyyəti yaxşıdır. Bildirilib ki, qadının vəziyyəti doğuşdan 5 dəqiqə sonra qəflətən pisləşib, kəskin qanaxma olub və həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Ölümün daha dəqiq səbəbi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyindən sonra məlum olacaq.

Ailə üzvlərinin verdikləri məlumata görə, bu, mərhum Afət Ağayevanın dördüncü hamiləliyi olub və sonuncu doğuşa qədər onun səhhətində heç bir narahatçılıq olmayıb.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1 maddəsi (Səhlənkarlıq) ilə cinayət işi açılıb, araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar