Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dollar əndazəni aşır; bank borclularının taleyi necə olacaq?

Natiq Cəfərli: “Kreditlər geri dönmədikcə banklar daha ağır duruma düşəcək”; Rəşad Həsənov: “Hökumət ”əlini daşın altına qoymalıdır""


Dolların manata nisbətən məzənnəsi hər gün qəpik-qəpik artmaqdadır. İyunun 26-sı və 27-də  “qara bazar”da dollar 1.60-a yüksəlib.  Bu da banklara kredit borcu olan əhalini təşvişə salıb. Xüsusən də dollarla kredit borcu olanlar bundan öncəki devalvasiyada olduğu kimi çətin vəziyyətdə qalacaqlarını düşünürlər. 

Xatırladaq ki, hər iki devalvasiya problemli kreditlərin artmasına, hətta kredit borcu olan insanların intiharına səbəb olmuşdu. Maraqlıdır, indiki vəziyyətdə hökumət hansısa addım atacaqmı? Növbəti devalvasiya baş verərsə, kredit borcu olanların taleyi necə olacaq?

İqtisadçı ekspert Natiq Cəfərli borcluların iki kateqoriyaya bölündüyünü dedi: “Borcluların iki kateqoriyası var. Birinci kateqoriya üzrə bir çox insanlar məzənnənin neçə olmasından asılı olmayaraq borclarını qaytara bilmir. Çünki onların çoxu qazanclarını, işlərini itirib. Bu kateqoriya insanlar problemli kreditlərin artmasına səbəb olanlardır. Amma bu onların günahı deyil. Çünki götürdükləri kreditlər iki devalvasiya ilə iki dəfə bahalaşdı. Digər kateqoriya borclular isə borclarını vaxtı-vaxtında ödəmək istəyirlər. Sadəcə olaraq, məzənnənin oynamasından çox böyük problemlər yaşayırlar. Dollarla borcu olan insanlara bir fiksə olunmuş məzənnə siyasəti həyata keçirmək lazımdır. Yəni hökumət Mərkəzi Bankla birgə elə bir siyasət aparmalıdır ki, məzənnənin bundan sonra dəyişməsindən asılı olmayaraq borclular köhnə məzənnə ilə kreditlərini qaytara bilsinlər. Danışıqlar nəticəsində müqavilələr yenilənməlidir. Hökumət və Mərkəzi Bank tərəfindən belə bir adım atılmasa, problemli kreditlərin həcmi daha da artacaq və bir müddət sonra hökumət də, Mərkəzi Bank da daha böyük xərclər hesabına bu problemi həll etməyə məcbur olacaqlar”.

Ekspert bankların da vəziyyətinin çox ağır olduğunu dedi: “Kreditlər geri dönmədikcə banklar daha ağır duruma düşəcək. Bu problemlə bağlı heç bir addım atmaq istəmirlər. Keçən il də belə bir addım atılmadı. Problem üst-üstə yığıldıqca, günlər, aylar keçdikcə daha böyük bir hala çatacaq və bir müddət sonra hökumət daha bahalı bir layihə qəbul edərək bankları xilas etməyə məcbur olacaq. Bunun başqa bir yolu yoxdur. Çünki Azərbaycanda bankların böyük əksəriyyətində problemli kreditlərin həcmi normadan artıq həddə çatıb. Problemli kreditlərin də geri alınmasının mexanizmləri yoxdur. Uzaqbaşı məhkəməyə verə bilərlər. Amma söhbət yüz minlərlə vətəndaşdan gedirsə, yüz minlərlə vətəndaşı məhkəməyə vermək optimal çıxış yolu deyil. Getdikcə daha çox banklar bu yoldan imtina edəcək. Çünki bunun effektli bir yol olduğunu düşünmürlər. Bu nöqteyi-nəzərdən hökumət müəyyən addımlar atmalıdır. Düşünürəm ki, hökumət məcburən Mərkəzi Bankla birgə hər hansısa bir proqramın qəbul olunması yoluna gedəcək. Bunun başqa çözüm yolu yoxdur. Çünki dövlət dəstəyi olmasa heç bir bank ayaqda qala bilməyəcək. Bankların ayaqda qalması üçün isə kreditlər geri qayıtmalıdır, onlar da qayıtmır”.

Digər iqtisadçı ekspert Rəşad Həsənov isə əhalinin borc yükünün özündən asılı olmayan səbəblərdən artdığını dedi: “Bu problem 2015-ci ilin əvvəllərindən etibarən devalvasiyalardan qaynaqlanır. Bu problemlər iqtisadi geriləmə fonunda əhalinin gəlirlərinin azalması səbəbindən günü-gündən daha da artmaqdadır. Faktiki olaraq bu günə qədər nə dövlət, nə də bank tərəfindən heç bir ciddi bir addım atılmayıb. Banklar tərəfindən müəyyən güzəştlər edilməsi nəzərdə tutulsa da, bu güzəştlər əksər hallarda borcun tam bağlanması müqabilində nəzərdə tutulduğu üçün vətəndaşlar bu imkanlardan geniş şəkildə istifadə edə bilmir. Əhalinin borc yükü özündən asılı olmayan səbəblərdən ciddi şəkildə artıb. Praktiki cəhətdən dünyanın bir çox ölkələrində kredit borcları üçün dövlət tərəfindən güzəştlərin edilməsi üçün proqramlar, addımlar atılır. Bu da son nəticədə həm iqtisadi aktivliyi müəyyən qədər dəstəkləmək, həm də bank sektorunu xilas etmək, eyni zamanda  sosial neqativ hadisələrin, intiharların və digər bu kimi halların aradan qaldırılmasına hədəflənir. Təəssüflər olsun ki, bu bizdə baş vermir. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, rəsmi statistika 7,4 faizlik problemli kredit həcmi göstərir. Amma bizim banklarla, vətəndaşlarla apardığımız müzakirələrdən bəlli olur ki, problemli kreditlərin həcmi kifayət qədər böyükdür. Hətta bəzi kredit təşkilatlarında bu rəqəm 50 faizin üzərindədir. Bizim hesablamalarımız onu göstərir ki, problemli kreditlərin həcmi minimum ölkədəki kredit portfelinin 25-30 faizi həcmindədir. Son dövrlərdə də beynəlxalq reytinq agentliyi olan ”Moody s" bizim fikirlərimizlə üst-üstə düşən belə bir fikir səsləndirdi ki, əslində Azərbaycan banklarında problemli kreditlərin həcmi rəsmi statistikadan çoxdur. Bu onu göstərir ki, problem eyni zamanda vətəndaşı deyil, həm də bank sektorunu çox sürətlə məhvə doğru aparır. Banklar kreditləşməni həyata keçirmir. Kreditləşmə yoxdursa, deməli, bankların gəlirləri də yoxdur. Çünki Azərbaycan banklarının gəlirlərinin 74-75 faizi faiz gəlirlərindən formalaşır. Eyni zamanda problemli kreditlər banklar üçün əlavə yükə çevrilməkdədir. Əksər hallarda işlər məhkəmələrə daşınır. Məhkəmələrdə isə bunun konkret həlli mexanizmi yoxdur. Yəni hazırkı iqtisadi sosial şərtlər daxilində insanlara təzyiqlərin edilməsinin özü əslində ədalət prinsiplərinə uyğun deyil. Hazırda dolların bahalaşması trendi problemi yenidən gündəmə gətirir. Amma düşünmürəm ki, hələlikdə bununla bağlı hansısa addımların atılması nəzərdə tutulur. Çünki hökumətin bu məsələlər üzrə məsul olan rəhbərlərinin açıqlamalarına diqqət etsək bu istiqamətdə hansısa güzəşt nəzərdə tutulmadığını görərik".

R.Həsənov əhalinin müəyyən bir təbəqəsinə həm dövlət, həm də banklar tərəfindən güzəştlər edilməsinin vacib olduğunu bildirdi: “Güzəşt olmadığı təqdirdə bu durum ölkə iqtisadiyyatında ciddi fəsadlara səbəb olacaq. Çünki bəlli səbəblərdən bank sektoru sürətlə məhvə doğru gedir. Bu da hazırda ölkədə qeyri-neft sektorunun inkişafından danışdığımız bir dövrdə kiçik, orta sahibkarlığın, ümumiyyətlə, biznes kreditinin əl çatanlığını sürətlə azaldır. Ona görə də hökumət bu dalğanın ölkə iqtisadiyyatının digər sahələrinə yayılmasının, həmçinin sosial problemlərin dərinləşməsinin qarşısını almaq məqsədilə ”əlini daşın altına qoymalıdır".  Faktiki olaraq Azərbaycan vətəndaşı bu gün istehlak qabiliyyətini itirib. Gəlirlərinin əksər hissəsini yalnız ərzaq məhsullarına sərf edir. Devalvasiyadan sonra sürətli inflyasiya gedib. Rəsmi rəqəmlərdə bunu nə qədər şişirtsələr də, 10,4 faiz inflyasiyadan söhbət gedir. Gəlirlər də azalıb. Belə olduğu təqdirdə vətəndaşın kredit borclarını ödəməkdən imtina etməkdən başqa yolu qalmır. Buna görə də kütləvi şəkildə imtinalar gedir. Bu baxımdan mütləqdir ki, ən azından hazırda ortada olan kredit prinsipinə əməl edərək müəyyən sosial qrupa kredit borcunun 3/1 qədər dövlət tərəfindən, 3/1-i  qədər də banklar tərəfindən güzəşt edilsin. Digər 3/1 isə hansısa formada vətəndaşın öz üzərində qalsın. Bu gün problemli kreditlər yalnız xarici valyutada olan kreditlər deyil. Bizim milli valyutada olan kredit öhdəliklərinin yerinə yetirilməsi belə müşkülə çevrilib. İnsanlar əvvəlki gəlirlərini əldə edə bilmir, üstəlik, onların xərcləri inflyasiya nəticəsində artır. Belə olan təqdirdə həm banklar, həm dövlət çalışmalıdır ki, problemi qarşılıqlı şəkildə həll etsin. Əks halda, çox ciddi fəsadlar olacaq".(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar