Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dolların “qara bazar”da qiymətinin qalxmasının səbəbi nədir? – Ekspert rəyi


Azər Mehtiyev: ““Qara bazar”da olan insanlar dollara ehtiyacın yaranmasını hər zaman hiss edirlər və buna uyğun olaraq da məzənnəni tənzimləməyə meyilli olurlar”


“Hökumət mümkün olan bütün alətlərdən istifadə edərək, dollara olan tələbatı məhdudlaşdırmağa çalışırdı”.

Bu sözləri İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Azər Mehtiyev bu gün “qara bazarda” dolların qiymətinin qalxmasının səbəbini PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi bu gün “qara bazar” dollar yenidən bahalaşıb. Fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən səhər saatlarında dolların alışı 1.6900 manatdan 1.7000 manata, satışı isə 1.7000 manatdan 1.7050 manata yüksəlib. Dollarla yanaşı, avro son bir neçə gündə sürətlə bahalaşır. Avropa valyutasının alışı 1.87 manatdan 1.88 manata yüksəlib. Alışı isə 1.90 manat olaraq qalıb. Belə ehtimallar da var idi ki, İslam Oyunları və Formula 1-dən sonra dollar yenidən bahalaşacaq. Bəs dolların bu gün “qara bazar”da bahalaşmanın səbəbi İslam Oyunlarının bitməsidir yoxsa başqa psixoloji səbəblər var? Həmçinin valyutadəyişmə məntəqələrinin yenidən bərpa olunması birbaşa olmasa da dolayısı ilə dolların məzənnəsinə təsir edə bilər?   

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Azər Mehtiyevə müraciət edib.



Azər Mehtiyev: “Əgər yaxın günlərdə hökumət özü bazara əlavə dollar kütləsi buraxmasa, təbii ki, bu hal da dolların qiymətinin qalxmasına gətirib çıxarda bilər”.


Ekspert qeyd edib ki, “qara bazar” deyib keçmək lazım deyil. Biz başa düşməliyik ki, “qara bazar”dakı insanlar bazarda olan real vəziyyəti hər zaman hiss edirlər. Çünki onların həm bank strukturları, həm də dollara ehtiyacı olan qruplarla əlaqəsi var:

“Əslində düz qeyd etdiniz, bilinirdi ki, hökumət İslam Oyunları və Formula 1-ə qədər manatın məzənnəsin saxlayacaq. Amma bu oyunlardan sonra yenidən dollar qalxmaya meyilli olacaq. İndiki halda dolların qalxmasında təbii ki, İslam Oyunlarının bitməsi rol oynayır və həm də “qara bazar” iştirakçıları artıq belə amilləri nəzərə alırlar. Eyni zamanda “qara bazar” deyib keçmək lazım deyil. Biz başa düşməliyik ki, “qara bazar”dakı insanlar bazarda olan real vəziyyəti hər zaman hiss edirlər. Çünki onların həm bank strukturları, həm də dollara ehtiyacı olan qruplarla əlaqəsi var. 

Buna görə də “qara bazar”da olan insanlar dollara ehtiyacın yaranmasın hər zaman hiss edirlər və buna uyğun olaraq da məzənnəni tənzimləməyə meyilli olurlar. İndiki məqamda isə aydın məsələdir ki, Azərbaycanda dollara olan tələbin məhdudlaşdırılmasına görə dolların məzənnəsi nisbətən aşağı düşmüşdür. Yəni hökumət mümkün olan bütün alətlərdən istifadə edərək, dollara olan tələbatı məhdudlaşdırmağa çalışırdı. Ancaq ayrı-ayrı dövrlərdə iqtisadi fəallığın dəyişməsi də dolların məzənnəsinə təsir göstərirdi. 

Azər Mehtiyev: “İndiki halda yəqin ki, Mərkəzi Bankın imkanları var ki, bazara əlavə dollar kütləsi buraxmaqla, manatın məzənnəsində sabitliyi bərpa edə bilsin”.


Xüsusən nəzərə alsaq ki, qarşıdan yay ayları gəlir və insanlar istirahətə getməyə meyilli olurlar. Bu amil də iqtisadiyyatda fəallığı artıracaq və dollara olan tələbatın artmasına gətirib çıxardacaq. Bu baxımdan indiki zamanda dollara olan tələbatın artması prosesi baş verir. Bu da istər-istəməz dolların qiymətini qaldıran amildir. Əgər yaxın günlərdə hökumət özü bazara əlavə dollar kütləsi buraxmasa, təbii ki, bu hal da dolların qiymətinin qalxmasına gətirib çıxarda bilər. Ancaq indiki halda yəqin ki, Mərkəzi Bankın imkanları var ki, bazara əlavə dollar kütləsi buraxmaqla, manatın məzənnəsində sabitliyi bərpa edə bilsin. 

İndiki valyutadəyişmə məntəqələrinin bərpası məsələsi məzənnəyə heç də tam sərbəstlik verə bilməyəcək. Çünki onların yenidən bərpa olunması müəyyən nəzarət altında olacaq. Yəni Maliyyə Bazarlarına Nəzarət palatası valyutadəyişmə məntəqələrində müəyyən prosesləri nəzarət altına almağa cəhd edəcək. Ancaq bildiyimiz kimi valyutadəyişmə məntəqələrinin bərpası yeni qanunvericilikdə nəzərdə tutulub. Bu baxımdan təbii ki, bu amilin özü də dollara müəyyən qədər təlabat formalaşdıran amil ola bilər. Ancaq bunun bazarlara həlledici təsiri indiki halda o qədər də hiss olunacaq səviyyədə olmaya bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar