ABŞ prezidentliyinə namizəd Donald Tramp ingilislərin Avropa İttifaqından çıxmaq ilə bağlı qərarını dəyərləndirib
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, D.Tramp “İngilislərin öz ölkələrini təkrar sahiblənmələrinin möhtəşəm bir şey olduğunu” vurğulayıb.
D.Tramp sözlərinə belə davam edib: “Bu həqiqətən də tarixi bir hadisədir. Dünyanın müxtəlif yerlərində insanlar əsəbidir. Sərhədləri mövzusunda narahatdırlar. Bu, sonuncu olmayacaq ”.
pia.az