Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dondurulmuş siyasi fəaliyyət



Azərbaycan siyasətində yaşanan böhran daha da dərinləşməkdədir


Müxalifət partiyalarındakı mərkəzdənqaçma tendensiyaları bu böhranı dərinləşdirir.

Vəziyyət o həddə çatıb ki, Müsavat Partiyasının Divan üzvü, politoloq Hikmət Hacızadə təşkilatdakı fəaliyyətini dondurduğunu bəyan edib. Politoloqun bu addımı 1993-cü ildə AXC iqtidarının mühüm simalarının fəaliyyətini dondurmasını xatırladır. O zaman Əbülfəz Elçibəy iqtidarının nümayəndələri bu addımları ilə hakimiyyət böhranı yaratmağa, iqtidara yeni gələn Heydər Əliyevi seyntnota salmağa çalışırdılar və müəyyən mənada buna nail ola bildilər. 
Azərbaycan siyasətinin düşünə bilən simalarından sayılan Hikmət Hacızadə mühüm addımını sadə arqumentlə izah edib. O, iki müsavatçının sosial şəbəkədəki yazışmaları nəticəsində Qubad İbadoğlunun tərəfdarı olan bir funksionerin partiyadan xaric olunmasına qəti etirazını bildiririb.  

Politoloq buna kifayət qədər kəskin reaksiya verib: “Dünya praktikasında məlum olmayan şəxsi yazışmada olan sözlərə görə cəza uca Müsavat Partiyasında tətbiq olundu. Ar olsun!!!”.
H.Hacızadə hesab edir ki, bu qərar böyük planın bir hissəsidir. Yəni “narazıların 10-15-ni partiyadan çıxaraq, onda başqaları sakitləşəcək”. “Ar olsun belə planı düşünənlərə. Mən belə plana qəti  etiraz edirəm. Məhəbbət Murad və Kamil Xəlilbəylidən sonra üçüncü belə ”narazı" özümü hesab edirəm və qərarınıza qarşı etiraz edirəm", - deyə H. Hacızadə fikrini açıqlayıb.
Onun sözlərinə görə, proseslər bu şəkildə davam edərsə, onun özü də Müsavatı tərk edə bilər: “Müsavatın yeni rəhbərliyi gözəl anlayır ki, partiyada ciddi etirazlar var. Bütün rayon təşkilatlarında, o cümlədən üzdə olan müsavatçılar arasında onlara qarşı kəskin narazılıq var. Başa düşürlər ki, bu şəkildə partiyanı idarə etməkdə çətinlik çəkəcəklər. Bu səbəbdən hədələmə, qorxutma yolu ilə narazıları geri çəkilməyə vadar etmək istəyirlər. Amma unudurlar ki, müsavatçılar yalnız siyasi baxışlarına və əqidəsinə görə, bu partiyaya üzv olublar. Onların hər hansı maddi asılılığı yoxdur. Bu mənada narazı müsavatçıları susdura bilməyəcəklər. Yəqin ki, proseslər bu şəkildə davam edərsə, mən də Müsavatdan gedəcəm. Lakin bir həqiqət var ki, bu şəkildə idarəetmə Müsavatın süquta uğramasına və siyasi çəkisini tamamilə itirməsinə gətirib ”, - deyə H.Hacızadə bildirib.

Siyasi texnologiyaları kifayət qədər yaxşı mənimsəyən H.Hacızadə bu addımı ilə Müsavatın “köhnə qvardiyası”na bir nümunə göstərdi. Bu addım partiyadakı böhranı daha da dərinləşdirməyə qadir ola bilər. Partiya daxilində bu addım ciddi proseslərə səbəb ola bilər. Lakin bunun geniş kütlələrə önəmli təsiri çətin ki, olsun. Ümumiyyətlə, Azərbaycan siyasəti o dərəcədə cansıxıcıdır  ki, bu ölkədə baş verənlər geniş kütlə üçün maraqsızdır.

Mahiyyət etibarilə, burada təəccüblü bir nəsnə də yoxdur. Siyasi partiyalarda baş verənlər daha çox qeybət və cılız intriqalar təsiri bağışlayır. Bu metod isə ölkədə proses yaratmağa qadir deyil. Bunun nəticəsidir ki, insanlar aksiyalara biganə yanaşır. Baş verənlər siyasət deyil, ən yaxşı halda imitasiyadır.

Söhbət ardıcıl siyasi mübarizədən getmir. İmitasiya ilə  məşğul olmaq deyil, sosial şəbəkə qəhrəmanı olmaq deyil, partiya yoldaşına kəllə atmaq deyil, ardıcıl siyasi mübarizə aparmaq lazımdır.

Bu gün Azərbaycanda yüz minlərlə, milyonlarla insan var ki, tamamilə fərqli düşünür, nə iqtidarın, nə müxalifətin, nə də ki özünü yeni siyasi qüvvə kimi təqdim etmək istəyən gənclərin fikirlərini bölüşmür və onları müdafiə etmir.

Ən böyük problem odur ki, ortada böyük ideyalar da yoxdur. Yaşayışından narazı qalan, lakin nə etmək lazım olduğunu bilməyən insanlara yeni impulslar lazımdır. Azərbaycanda isə quruluşu, siyasi düzəni, münasibətlər sistemini tamamilə dəyişəcək ideya generatorları gözə dəymir. Prinsip etibarilə, siyasi təşkilatlar bir medalın əks tərəfinə bənzəyir.

Liderlərin bütləşdirilməsi, onların dediklərinin doqmalar kimi qəbul edilməsi, dürüstlük dərəcəsinin aşağı olması qapalı dairədən kənarda qalan milyonlarla insana hakim elita ilə əks elita arasında heç bir fərqin olmadığı fikrini aşılayır. Elə problemlərin kökündə də bu məsələ dayanır. İnsanlar kimin ardınca və hansı səbəbə getmək lazım olduğunu anlaya bilmirlər. H.Hacızadənin bu addımı bir etiraz səsi kimi də dəyərləndirilə bilər. Belə intellektual simaların sayı isə çox deyil. Odur ki, tanınmış politoloqa qulaq asmaq lazım gəlir... (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar