Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Miqrasiya Xidmətində “kadr təmizləmə“ əməliyyatı



Dövlət Miqrasiya Xidmətində yüksək və orta vəzifə tutan şəxlərin kütləvi şəkildə işdən çıxarılması prosesi başlayıb


Bu barədə “Qafqazinfo”ya xidmətə yaxın şəxslər məlumat verib. 

Xəbərə görə, son 1 ayda DMX-dən təxminən 10 nəfər yüksək rütbəli şəxs işdən çıxarılıb. Bunlardan xidmətin miqrasiya nəzarəti idarəsi və deportasiya şöbəsinin rəisi polkovnik-leytenat Əfrasim Aşurbəyov və həmin idarənin əməkdaşları olan Xoşbəxt adlı baş leytenant, Emil adlı kapitan, Fariz Hacıyev və bir neçə əməkdaş işdən çıxarılıb.

Həmçinin, qurumun Bakı Şəhər Miqrasiya İdarəsinin maliyyə bölməsinin rəisi Pərviz Əliyev, Tibb İdarəsinin inspektoru – maliyyəçi leytenant Səkinə xanım, Mərkəzi Aparatın baş inspektoru Bəhram adlı mayor, Yevlax Regional İdarəsinin inspektoru leytenant Ayaz Yolçuyev və idarənin bir neçə əməkdaşı da işdən çıxarılanlar arasındadır. Məlumatda bildirilir ki, DMX-nin İş İcazələrinin verilməsi şöbəsinin inspektoru kapitan Elçin Əhmədov da işdən çıxarılıb. Bundan başqa qurumun çoxlu sayda əməkdaşının iş yerlərinin dəyişdirildiyi bildirilir.

Məlumata görə, işdən çıxarılan heyəin böyük əksəriyyəti dövlət qulluğuna qəbul imtahanı ilə qurumda işləyənlər olub. DMX-nin adları çəkilən əməkdaşlarının işdən çıxarılmasına səbəb kimi korrupsiya və digər iş nöqsanları göstərilib. Lakin onların heç biri ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və ya prokurorluğa müraciət edilməyib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar