Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Reyestri Xidmətinin rəisinin korrupsiya vasitəsi ilə qazandığı sərvəti - Siyahı


Əmlak Məsələləri Dövlət Komitəsinin vəzifəli məmurları nə qədər qazanırlar?; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanovun inanılmaz sərvəti hər kəsi heyrətə gətirir…


Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinin ondan artıq villasının, bir çox iri şirkətlərdə payının, Bakı şəhərində ona qədər evinin, şadlıq evlərinin, dükan və çay evlərinin olduğu bildirilir.

Bir müddət əvvəl PİA.AZ saytı «Kərəm Həsənovun kontorunda çalışan bir kiçik məmurun sərvəti» adlı yazı dərc etmişdi. Yazıda Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyster xidmətinin rəisi Məhəmməd İmanov və qardaşı Zaman İmanovun korrupsiya faliyyəti ilə məşğul olaraq vətəndaşlardan aldıqları rüşvət hesabına külli miqdarda var dövlət əldə etmələri ilə bağlı məlumat vermişdik.
 
PİA.AZ-a Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovla bağlı yeni ilginc informasiya daxil olub. Daxil olan məlumatda göstərilir ki, xidmət rəisi Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin ölkə üzrə Ərazi idarələrinin reyster qeydiyyat şöbə rəislərinə təsdiq etdikləri hər bir əmlak pasportuna görə rüşvət təyin edib. Bildirilir ki, Məhəmməd İmanov qeydiyyat şöbə rəislərindən özəlləşdirilən sahə torpaq kupçasına, ev kupçasına, obyekt kupaçısa görə ayrı-ayrı hesab qoyub. Məlumatlı mənbə iddia edir ki, Xidmət rəisi ay ərzində reyster qeydiyyat şöbə rəislərindən 300 min manatdan çox vəsait toplayır. Bu isə ildə 3 milyon yarım manatdan artıq qazanc deməkdir. 

Daxil olan məlumatda göstərilir ki, Məhəmməd İmanov qeydiyyat idarələri rəislərindən topladığı bu vəsaitlər hesabına artıq ölkədə adlı-sanlı məmur oliqarxlardan birinə çevrilib və vətəndaşlardan əldə etdiyi milyonlar sayəsində özünə böyük biznes sahələri yaradıb. Hətta Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinin rəisinin fabrikləri belə var. Bu fabrikləri isə onun öz şefi, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla şərikli olaraq əldə etdiyi vurğulanır. 

Məlumatlı mənbə iddia qeyd edir ki, Məhəmməd İmanov Komitə sədri Kərəm Həsənovla birlikdə “BisMak Qida Sənaye Kompleksi” MMC-nin, həmçinin Sumqayıt politlen zavodunun şəriklərindən biridir. Məhəmməd İmanovun bu iri müəssisələrdə şərikliyi məhz Kərəi Həsənovun sayəsində əldə etdiyi bildirilir. Bundan başqa daxil olan məlumatda göstərilir ki, ulduzu son bir neçə ildə parlayan məmur-oliqarx korrupsiyadan əldə etdiyi gəlir vasitəsi ilə Nizami rayonu, «Vosmoy» deyilən ərazidə 2 mağazaya, 1 çay evinə, 4 mənzilə, Yasamal rayonunda 1 çay evinə, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində dəyəri bir neçə milyona yaxın olan böyük malikənəyə sahibdir. Mənbə bildirir ki, elə həmin ərazidə Məhəmməd İmanov qardaşınada 1 villa tkdirib. Bundan başqa göstərilir ki, Nəsimi rayonu Amerika səfirliyin yaxınlığında Məhəmməd İmanovun 3 mənzili, Binəqədi rayonunda ayrı-ayrı yerlərdə bir hektara yaxın torpaq sahəsi var. 

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinin başqa bir villasının da Masazır qəsəbəsində olduğu bildirilir. Şamaxı rayonu Pirqulu ərazisində də malikanə sahibi olan Məhəmməd İmanov hazırda Qax rayonunda yeni villa tikdiyi də qeyd olunur. Həmçinin Quba rayonunun Qəçrəş kəndində Məhəmməd İmanovun görənləri heyran qoyan dəbdəbəli villası olduğu vurğulanır.

Tam bir villa həvəskarı olan Məhəmməd İmanovun başqa bir dəbdəbəli villasının isə Biləcəri dairəsinin yaxınlığında olduğu qeyd olunur. Məhəmməd İmanov bir çox nazirlərdən heç də kasıb olmadığını sübut etmək üçün İstanbulun mənzərəli yerlərindən birində dəyəri 1 milyon dollardan artıq olan villa belə alıb. Həmçinin Xidmət rəisinin dəyəri yüz min manatlarla ölçülən bir neçə avtomobilə sahib olduğu da qeyd olunur. Ümumilikdə isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinin ölkədə və xaricdə ondan artıq dəbdəbəli villasının olduğu qeyd olunur.

Lakin bu hələ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinin əmlakının hamısı deyil. Əslən Beyləqan rayonundan olan Dövlət Xidmət rəisinin doğma rayonunda qardaşına və özünə məxsus bir neçə dəbdəbəli evi, 200 hektardan çox torpaq sahələri yüzlərlə mal qara, qoyun olan ferması olduğu bildirilir. 

Məlumatda o da göstərilir ki, Məhəmməd İmanov istirahətini bir qayda olaraq Türkiyənin Bodrum şəhərində, Çexiyanın məşhur Karlovy Vary və Avropanın müxtəlif istirahət mərkəzlərində keçirir.

Onuda qeyd edək ki, PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, bütün bu sadalanan mülklər heç də Məhəmməd İmanovun mal varlığının siyahısını tam olaraq doldurmur. Bildirilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinin mal varlığının siyahısı daha dolğundur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar