Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Sərhəd Xidmətinin “zastava” rəisi həbs edildi


İyunda Dövlət Sərhəd Xidmətinin Biləsuvar sərhəd-keçid məntəqəsinin rəisi Sənan Şükürov və əməliyyatçısı Cəlaləddin Həsənov həbs olunub


Bu barədə “Qafqazinfo”ya daxil olan ilginc məlumatlara görə, həmin ayın ortalarında hər iki şəxsin saxlanılması ilə bağlı DSX-nın xüsusi əməliyyat qrupu əməliyyat həyata keçirib və nəticədə həbslər reallaşıb. 

Hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib və hazırda onların işi üzrə istintaq aparılır. 

Saxlanılan Sənan Şükürova qarşı qanunsuz silah gəzdirmə maddəsi ilə ittiham irəli sürülüb. Rəisin evində aparılan axtarış nəticəsində külli miqdarda patron aşkarlanıb. 

Maraqlıdır ki, kapitanların həbs olunması bu ilin mayında DGK sədri Aydın Əliyev tərəfindən Astara, XaçmazBiləsuvar rayonlarının gömrük idarə rəislərinin dəyişdirilməsi ilə eyni vaxta təsadüf edir.

Həbs olunan şəxslərin ailə üzvləri Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general Elçin Quliyevə müraciət ediblər. Onlar kapitanların günahsız olduğunu və şərlənərək həbs edildiklərini bildirirlər. 

Qohumların iddialarına görə, həbs olunan şəxslər son aylar işlərini daha yaxşı yerinə yetirərək, yanvarda sərhəddə külli miqdarda narkotik vasitə saxlayaraq ölkəyə keçməsinə imkan verməyiblər. Ailə üzvləri belə bir fikir irəli sürüblər ki, baş verənlər məhz kiminsə bu nailiyyətləri “həzm edə bilməməsinin” nəticəsidir. 

Qeyd edək ki, hər iki şəxsin həbsinin məhz DSX-nın adı açıqlanmayan əməkdaşının müraciəti əsasında reallaşdığı bildirilir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar