Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət bankda gizlədilən 40 milyonun təftişinə başladı– “Parabank” və “Kia”da yoxlama (Sənəd)


Bir neçə gün əvvəl “Parabank” və “Kia Motors” MMC-nin müştərək cinayəti barədə sensasion məlumat dərc etmişdik


Bildirmişdik ki, “Kia Motors”un dövlətdən gizlətdiyi 40 milyona yaxın pulu “Parabank”ın Nəsimi filialında qeyri-qanuni şəkildə saxlanılıb və müəyyən müddətlərdə dövriyyəyə buraxılıb.

Bir neçə il davam edən bu proses pulun bir qisminin yoxa çıxması nəticəsində baş verən ölüm hadisəsindən sonra ifşa olunub. Belə ki, “Kia Motors” MMC-nin rəhbəri Səxavət Səfərovun “Parabank”da həmin pullara nəzarət edən etibarlı adamı müəmmalı şəkildə intihar edib (guya, özünə 8 bıçaq zərbəsi vurub).

Bundan sonra məsələ ilə bağlı cinayət işi açılıb və hüquq-mühafizə orqanları bankdakı qanun pozuntularının təftişinə başlayıb.

AzNews.az-a daxil olan məlumata görə, hər iki qurumda Vergilər Nazirliyi də böyük yoxlamalara başlayıb və doğrudan da milyonlarla vəsaitin vergidən yayındırılması, daxil olmalarla bağlı sənədlərin saxtlaşdırılması və başqa cinayət əməlləri aşkarlanıb.

Bu arada Vergilər Nazirliyinin həqiqətən də “Parabank” və “Kia Motors” MMC-də yoxlamalar apardığını əks etdirən sənəd eldə etmişik. Bu sənəd hər iki qurumdan şikayət edən vətəndaşa göndərilən rəsmi cavabdır. Göründüyü kimi məktubda hər iki qurumda uzun müddətli yoxlamalara başlanıldığı qeyd olunur.



Qeyd edək ki, məsələ ilə bağlı daha ciddi məqamlar var. “Parabank”ın özəl şirkətlə birləşərək dövlətə qarşı cinayət törətməsi, gizlətdiyi milyonlarla pulun taleyi və eləcə də bu işlərlə bağlı baş verən dəhşətli cinayətlərin təfərrüatları barədə növbəti günlərdə geniş məlumat verəcəyik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar