Oğurluq etmiş Gəncə şəhər sakini tutulub
Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də Gəncə şəhərindəki dövlət notariat kontorlarından birindən 400 manat pul, müşahidə kamerası və ona aid avadanlıqlar oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş İbrahim Gərayev tutulub.
Araşdırma aparılır.
pia.az