Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət məmuru, yoxsa mustanger..? - Video + Foto


Pənah Əliyev 20 min manata aldığı atı 5 minə satır


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun bir dəstə qohum-əqrəbasının komitəni az qala “özəlləşdirmə”sindən bəhs edən yazılar dərc edirik.

 Ötən yazımızda Əli Həsənovun komitədəki qohumlarından biri olan, Komitənin Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyevin qanunsuz əməllərindən, daha doğrusu, qanunsuz yolla sahib olduğu mülklərin azacıq bir hissəsi barədə məlumat vermişdik.

Xatırlatma üçün qısaca bildirək ki, əli hər yerə çatan Pənah Əliyev ekspeditor işləyən kürəkənini bir gecədə mal-mülk sahibi edir, 400 manat maaş alan oğlu Tural Əliyevə 235 min manat dəyərində Range Rover CİP bağışlayır. Ötən yazımızda Pənah Əliyevin at həvəskarı olduğunu qısaca qeyd etmişdik. Daha doğrusu, bilmək olmur bu şəxs məmurdur, yoxsa vəhşi atları ram edən mustanger..?

12071726_1642902639302940_686100503_n

Xülasə, ötən gün redaksiyamızın əməkdaşı Pənah Əliyevi Cıdır meydanında görə bilib. Bəli, redaksiyamıza daxil olan məlumatda Pənah Əliyevin Nərimanov rayonu ərazisində Kooperasiya Universiteti ilə üzbəüz yerləşən Cıdırda 20 min manata aldığı atı saxladığı qeyd olunurdu. Məlumatdan o da bəlli olurdu ki, hər ay atın saxlanmasına departament rəisi 2 min manat pul xərcləyir. Əməkdaşımız dünən Cıdıra baş çəkib və Pənah Əliyevin atına baxan şəxslərlə maraqlı söhbət edib. Həmin şəxslər hətta əməkdaşımıza Pənah Əliyevin atının fotosunu çəkməyə də icazə verib. Söhbət zamanı bəlli olub ki, mətbuatda gedən yazılardan sonra Pənah Əliyev ata baxanlara tapşırıb ki, atı dəyər-dəyməzinə satsınlar.

12083726_1642902599302944_184362626_n

Və sonda 20 min manat dəyəri olan atı 5 min manata təcili satışa çıxarıblar. Ata baxanlarla söhbət zamanı məlum olub ki, indicə Pənah Əliyev özü də Cıdıra gəlib sevimli atına kök yedizdirəcək.

Кадр Pənah yeni (00-00-11)

Ancaq kimsə Pənah Əliyevə işarə edib ki, jurnalistlər burdadır və onun atının fotosunu çəkirlər. O təcili geri dönərək dərhal Cıdırı tərk etməyə çalışıb. Ancaq onun “mübarək” görüntüsü azacıq da olsa kameramıza düşə bilib. Aldığımız digər məlumata görə Pənah Əliyev hər gün Cıdıra gələrək orda saxladığı atına kök yedirdir.

Hətta atın üstünə minib gəzməyi də sevir. Ancaq sonuncu hadisədə ayağını sındırandan sonra o, Cıdıra ağsaya-ağsaya gəlir. Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, Pənah Əliyev İsmayıllı rayonunun keçmiş icra başçısı Əhliman Tağıyevin doğma xalası oğludur. Araşdırmamız davam edir. Gələn yazımızda Pənah Əliyevin restoranı və stomatoloji  klinikası barədə yazacağıq. Bizi izləyin. (qafqaznews.az)

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar