Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət orqanları üzrə ən yüksək nəticə və ən aşağı nəticə göstərmiş xidmətlərin adları açıqlanıb


Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə "ASAN xidmət indeksi üzrə qiymətləndirmənin nəticələri və tətbiq olunan yeniliklərə" həsr olunmuş təqdimat mərasimi keçirilib


APA-nın xəbərinə görə, dövlət agentliyinin sədr müavini Ülvi Mehdiyev bildirib ki, dövlət xidmətlərinin "ASAN xidmət indeksi"ni təşkil edən parametrlər üzrə qiymətləndirilmə yekunlaşıb. O deyib ki, 2016-2017-ci illər üzrə pilot layihə çərçivəsində Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiBakının yerli icra hakimiyyəti orqanlarının 412 xidməti üzrə qiymətləndirmə aparılıb. Gələcəkdə qiymətləndirmənin bütün dövlət xidmətlərini əhatə etməsi planlaşdırılır.
 
Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin rəhbəri İlhamə Qədimova nəticələri açıqlayıb. O qeyd edib ki, qiymətləndirmə 3 mərhələdə, mərkəzi icra hakimiyyəti orqanları üzrə 178 xidmətin, yerli icra hakimiyyəti orqanları üzrə 234 xidmətin qiymətləndirilməsi aparılıb. Nəticələrə əsasən, mərkəzi icra hakimiyyəti orqanları üzrə ən yüksək nəticə göstərmiş 10 xidmət aşağıdakılardır:
 
Vergilər Nazirliyi (VN) - Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması
 
VN - Elektron Vergi Hesab Fakturasının qəbulu
 
VN - Nazirliyə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi
 
VN - “Çağrı Mərkəzi” vasitəsilə “Sadələşdirilmiş verginin bəyannaməsi”nin qəbulu
 
Dövlət Miqrasiya Xidməti (DMX) - Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin alınması
 
 
DMX - Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin alınması
 
DMX - Şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi
 
VN - Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması
 
Əmlak Məsələləri Dövlət Komitəsi – daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması.
 
Ən aşağı xidmətlər isə aşağıdakı qurumlarda olub:
 
Daxili İşlər Nazirliyi (DİN) – xidməti və mülki silahın qeydiyyata alınması
 
DİN – nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi
 
Əmlak Məsələləri Dövlət Komitəsi torpaq sahələrində mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq
 
DİN - xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazənin verilməsi
 
Milli Arxiv İdarəsi - sənədlərin Milli arxiv fondunun tərkibinə daxil edilməsi və mühafizəsi
 
Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti – Böyük Vətən Müharibəsində və Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, əlil olmuş şəxslərə, şəhid ailələrinə müvafiq arayışın verilməsi
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - peşə seçimi ilə bağlı onlayn testləşdirmə
 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti - hərbi qeydiyyatda olması barədə arayışın verilməsi
 
Yerli icra hakimiyyəti orqanları üzrə ən yüksək nəticə göstərmiş xidmətlər Binəqədi rayon İcra Hakimiyyətində olub.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar